Xeyir aqibətli olmaq istəyənə İmam Əlinin (ə) tövsiyəsi
Mьəllif: admin1
Tarix: 13-04-2016, 14:03
Xeyir aqibətli olmaq istəyənə İmam Əlinin (ə) tövsiyəsi
İslam əxlaq alimlərinin çoxusu öz dua və münacatlarında aqibətin xeyirlə bitməsi barədə çoxlu dualar ediblər. Bu əbəs yerə deyil. İmamların belə münacatlarında müsəlmanın aqibətinin xeyirlə bitməsi mühüm məsələ kimi yer alıb.

Tarixi faktlara görə, həzrət Əli (ə) Kufə məscidində başından zərbə alanda şəhid olacağını anladı, Bu zaman Allaha itaətdə qaldığını və şeytana məğlub olmadığını gördükdə “Allaha and olsun qalib oldum” deyir və zərbə aldığına görə narahat olmaq əvəzinə ömrünün xeyirlə bitməsinə sevinir.

Əxlaq alimləri öz tələbələrinə dua zamanı sonda sonumuzun və aqibətimizin xeyirlə bitməsi barədə istəyin dilə gətirilməsini tövsiyə edirlər. Bu ona görədir ki, ibadət əhli olsaq və günah mühitindən uzaq olsa belə şeytan bizim pusqumuzda durub və daha doğrusu digərləri ilə müqayisədə bizi azdırmaqda daha çox israrlıdır.

Tarix çoxlu müsəlman və alimləri bizə göstərib ki bir ömür ibadətdən sonra itaətdən kənarlaşıb və hətta Allah və din düşməninə çevrilib.

Nəhcul-Bəlağənin 69-cu məktubunda həzrəti Əli belə buyurur:

“Güclü olsan da qəzəbini ud! Əlində qüdrət olanda güzəştə get və bağışla!, Qəzəbli vaxtında səbirli ol! və intiqam almağa gücün olsa belə bağışla bu zaman aqibətin xeyirli olar.”

Həzrət Əlinin digər hədisində sonunun xeyirlə bitməsini istəyənə ata anaya hörmət və onların qulluğunda qalmaq tövsiyəsi verilib.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031