İmanlı olmaq istəyənə Ayətullah Behcətin (r.ə) bu bir cümləsi yetər
Mьəllif: admin1
Tarix: 17-05-2020, 14:23
İmanlı olmaq istəyənə Ayətullah Behcətin (r.ə) bu bir cümləsi yetər
Əxlaq barədə bir kitabın tanıtdırılmasını və tövsiyə edilməsini istəyən şəxs ayətullah Beyhcətdən maraqlı söz eşidir.

Mərhum Ayətullh Behcət İran və islam dünyasının müasir müctəhid və ariflərindən idi. Həyata olduğu dövrdə yaxından uzaqdan onun yanına gələnlər mənəvi ibadi məsələlərdə ondan tövsiyə almağa çalışırdılar.

Bir gün ayətullah Behcətdən soruşurlar: " Ağa əxlaq sahəsində bizə bir kitabı tanıdın”.

Alim buyurur: "Lazım deyildir ki, bir kitab olsun, bir cümlə kifayətdir biləsən ki, Allah görür”.

İnsan bilməlidir ki həyat və dünya Allahın məhzəridir. Etdiyimiz yaxşı və pis işlərin hamısı Allahın qarşısındakı kimi həyata keçirilir.

O hər şeyi görür. Onun gözündən heç nə qaçmır. Insanın bu məsələni bilməsi və ona yəqin etməsi, onu hökman çəkindirəcək və o, günaha yaxınlaşmaqda həya edəcəkdir.

Allah hər şeydən agahdır və Quran bu haqda belə buyurur:

"Məgər yaradan bunu bilməzmi? Agah ol, (düşüncə sahibini və onun düşünmək qüdrətini) yaradan kəs (onun düşündüklərini də) bilir. O, (hər şeyi) incəliyinə qədər görür və (hər şeydən) xəbərdardır.” (Mulk, 14)

Yerdə və göydə baş verən hər bir hadisə Allahın iradəsi ilə olar. "Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir?” (Mücadilə, 7)

"Həqiqətən Allah hər şeyə şahiddir” (Həcc, 17)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031