Ramazan ayının gündəlik müştərək münacatları
Mьəllif: admin1
Tarix: 28-03-2023, 13:26
Ramazan ayının gündəlik müştərək münacatları
Ramazan ayında namazlardan sonra oxunması tövsiyə edilən gündəlik münacatlar:

1- "Ya əliyyu ya əzim, ya ğəfuru ya rəhim, əntər-Rəbbul-əzim, əlləzi ləysə kəmislihi şəy və huvəs-səmiul-bəsir və haza şəhrun əzzəmtəhu və kərrəmtəh və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur və huvəş-şəhrul-ləzi fərəztə siyaməhu ələyy və huvə şəhru Rəməzan, əlləzi ənzəltə fihil-Quran, hudən lin-nasi və bəyyinatin minəl-huda vəl-furqan və cəəltə fihi ləylətəl-Qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh, birəhmətikə ya ərhəmər-rahimin.”

Tərcüməsi:

"Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır.

Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən və o Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin ramazan ayıdır və o ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin.

Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi."

2- "Allahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi kullə cai. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir.

Əllahummə əslih kullə fasidin min umuril-muslimin. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəyn və əğnina minəl-fəqr, innəkə əla kulli şəyin qədir.”

Tərcüməsi:

"İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları ehtiyacsız et. İlahi, bütün acları doydur. İlahi, libası olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə.

İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərində fəsad törədənləri islah et.

İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən."


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930