Ramazan ayı ilə bağlı 10 göstəriş
Mьəllif: admin1
Tarix: 29-04-2021, 10:28
Ramazan ayı ilə bağlı 10 göstəriş
Şəban ayı keçəndən sonra Ramazan ayının ayaq səsləri daha artıq eşidilməyə başlayır, belə bir ayda bəndələrə İlahi rəhmət süfrəsi salınır və hər bir insan özünü bu aya hazırladığı qədər bu İlahi süfrədən istifadə edə bilər.

Ramazan! Allah sözünün insan düşüncəsinə süzüldüyü ay! Şəxsiyyətini yandırmışlara da haqqa dönüş imkanı verilmiş bir fürsət. Bu imkanı əldən çıxarmayaq!

Ramazanın Qədr gecələri min aydan xeyirli sayılır. Min ay, yəni 84 ilə yaxın bir zaman! Bəli, mənasız yaşanmış ömrə dəyər vermək imkanı öz ixtiyarında.

84 illik ömrünü mənasız keçirdinsə də, bu sayılı gecələrə diqqətli ol! Ramazan günləri, Qədr gecələrində dilini, gözünü, qulağını, əl-ayağını, cibini, süfrəni haramdan qoru!
Kim bilir, bu fürsət bir də ələ düşəcək, yoxsa yox?!

Orucun tarixçəsi

Tarixdə bir çox dəlillər var ki, oruc yəhudi, məsihi və başqa millətlər arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular.

Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, günahlarını etiraf edirdilər. İncildə oxuyuruq ki, İsa Məsih (ə) qırx gecə-gündüz oruc tutmuşdur. Qurani-kərim açıq-aşkar bəyan edir ki, bu ilahi əmr əvvəlki ümmətlərə də vacib olub.

"Ey möminlər! Sizdən əvvəlki ümmətlərə vacib olunduğu kimi, oruc tutmaq sizlərə də vacib olundu. Ola bilsin ki, (bu orucun vasitəsilə) siz təqva əhlindən olasınız!” ("Bəqərə", 183)

İslama qədər orucluq, yemək-içməkdən imtinadan və ya yay fəslində yeyib-içməyi məhdudlaşdırmaqdan ibarət idi. İslam dini gəldikdən sonra Qurani-Kərimin hökmünə əsasən, orucluğun ancaq Ramazan ayında keçirilməsi qərarlaşdırıldı.

Bu da hicri-qəməri təqvimilə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür. Ramazan bayramı hicrətin 14-cü ilində (miladi 638-ci il) rəsmi şəkil almış və fitr bayramı o zamandan müsəlmanların rəsmi bayramı elan edilmişdir.

Məşhurdur ki, alim və ariflər bu ziyafət ayında iştirak etmək üçün bir il özlərini hazırlayır. Bəziləri də Rəcəb və Şəban aylarını seçir və Ramazan ayına tədarük görür.

Rəvaytdə var ki, həzrət Peyğəmbər (s) Şəban ayını oruc tutub ibadət etməklə məşğul olardı; Şəban ayının orucunu Ramazan ayının orucuna birləşdirərdi və buyurardı Şəban, mənim ayımdır.

Mərhum Əllamə Məclisi "Biharul-ənvar" kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) Şəban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:

1- Çox dua etmək

2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək)

3- Çox Quran oxumaq

4- Günahlardan tövbə etmək

5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq

6- Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq

7- Qəlbdən bütün günahların kökünü kəsmək

8- Təqvalı olmaq

9- Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək

10- Bu duanı çox oxumaq: "Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh."


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031