Ramazanın birinci gecəsinin əməlləri
Mьəllif: admin1
Tarix: 6-06-2016, 20:14
Ramazanın birinci gecəsinin əməlləri
Şeyx Abbas Qummi Məfatihul-Cinan əsərində bu gecə haqda bir sıra əməlləri yazıbdır

Böyük savaba malik olan bu əməllər bu tərtiblər yerinə yetirilməlidir

1-Üzü qibləyə əyləşərək, əlləri göyə qaldırıb mübarək Ramazan ayının hilalına baxmaq və bunu demək:

"Rəbbi və rəbbəkəllah rəbbəl-aləmin. Allahummə əhilləhu əleyna bil əmni vəl imani vəs-səlaməti vəl-İslami vəl-musaraati ilə mə tuhibbə və tərzi. Allahummə barikə ləna fi şəhrinə haza vərzuqna xeyrəhu və əvnəhu vəsrif ənna zurrəhu və şərrəhu və bəlaəhu və fitnətəh"

Tərcüməsi:
“Rəbbim və rəbbin aləmlərin rəbbi olan Allahdır. İlahi, bu ayı bizim üçün əmniyyət, iman, salamatlıq, İslam, Sənin sevdiyin və razı olduğun işlərə tələskənliklə başlat. İlahi bu ayı bizə bərəkətli et, onun xeyr və nüsrətini bizim ruzimiz qərar ver. Onun zərərini, şərrini, bəlasını və fitnəsini bizdən uzaqlaşdır”

2- Qüsl vermək: Bu, ramazanın ilk gecəsinin qüslü niyyəti ilə həyata keçirilməlidir

3 - Ramazan ayının ilk gecəsinin namazı: Bu namaz sübh kimi iki rəkətdən ibarətdir Hər rükətdə “Həmd”dən sonra “Ənam” surəsi oxunur.

4- Bu gecədən başlayaraq ta axırıncı gecəyə qədər min rikətlik namaza başlamaq. Həmin min rikət gecələr arasında bölüşdürülüb

5. Məfatihul-Cinanda gəlmiş və İmam Sadiqdən (ə) nəql olunan bu duanı oxumaq:

“Allahummə rəbbi şəhri ramazan, munəzziləl Qur’an, haza şəhru ramazan,
Əlləzi ənzəltə fihil Qur’an, və ənzəltə fihi ayatin bəyyinatin minəl huda vəl-furqan
Allahummə-rzuqna siyaməhu və ə’inna əla qiyamihi. Allahummə səlləmhu ləna və səlləmna fihi və təsəlləmhu minna fi yusri minkə və muafah
Vəc’əl fima təqza və tuqəddiru minəl-əmril-məhtum və fimə təfruqu minəl-əmril-həkim fi leylətil qədri minəl qəzzail-ləzi lə yurəddə və lə yubəddəl
Ən təktubəni min huccaci beytikəl həram, əlməbruri həccəhum, əlməşkuri sə’yuhum, əlməğfuri zunubuhum, əlmukəffəri ənhum səyyiətuhum
Vəcəl fima təqza və tuqaddiru ən tutilə umri, və tuvəssiə ələyyə minər-rizqil-həlal”

Tərcüməsi:
“İlahi, ey Ramazan ayının rəbbi, ey Qurani nazil edən!
Bu, haqqı nahaqdan ayıran və hidayət üçün yolgöstərən ayələri bəyan edən Quranı nazil etdiyin Ramazan ayıdır!
İlahi, onun oruclarını tutmağı bizə nəsib et, onun əhyalarını saxlamaqda bizə kömək et!
İlahi, bu ayı bizim üçün salamat et! Bizi bu ayda salamat et! Bizdən asanlıqla və salamatlıqla qəbul et.... Qədr gecəsində dəyişilməz qəza və qədərinlə... adımı öz evinin zəvvarlarının – hacıların siyahısına yaz (mənə Həcc nəsib et)! Adımı o hacıların siyahısına yaz ki, Həccləri qəbul, səyləri qiymətli, günahları bağışlanmış, pislikləri yuyulmuş olsunlar. Ömrümü uzat və yaşadığım müddətcə mənə çox halal ruzi əta et!”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930