Əmanətdarlıq insana məxsus olan gözəl sifətlərdəndir
Mьəllif: admin1
Tarix: 23-05-2017, 15:01

 Əmanətdarlıq, əhdinə vəfalı olmaq insanın ictimai ışlərindəndir ki, çox mühüm və əhəmiyyətlidir. Hətta demək olar ki, insanın bir çox xislətlərini özündə cəm edir. Çünki əmanətə, əhdinə  vəfalı olmayan insan özünün bütün sahələrdə olan fəaliyyətini zay edir. İnsanlar arasında olan güvənini itirir. İnsanlar arasında öz güvəncini itirmiş şəxs demək olar ki, insan olaraq ictimai fəaliyyətini bərbad hala gətirmış bir şəxsdir. 


Bütün ilahi dinlər, xüsusən də islam dini əhdə vəfa etməyi, əmanətdarlığı çox təkidlə tövsiyə etmişlər. Hətta onun tərk olunmasını, ona riayət olunmamasını məqbul bilməmişlər. Quranı Kərimdə bu barədə buyurulur:

" Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.”   Nisa-58 

" O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər)”    Möminin-8

Ayələrdən göründüyü kimi əmanətdarlıq, əhdə vəfalılıq Qurani Kərinin insanlardan tələb etdiyi bir haqdır. Həm ilahi bir haqq, həm də insanı bir haqq. Yəni insan öz əhdi ilə həm Allah Təala, həm də insanlar qarşısında məsuldur. 

Hədis və rəvayətlərdə də əmanətdarlıq təriflənmiş, onun əksi isə pislənmişdir. Hətta Əli(ə) əmanətdarlığı islamın əsası adlandırıbdır. Başqa bir hədisdə buyurur: Allah bəndəni sevdiyi zaman ona əmanətdarlığı sevdirər.

Bəli əmanətdarlıq insanın həm özünə, həm də ətrafına, cəmiyyətinə aid olan məsələsidir. Hətta demək olar ki, insanın Allah Təala yanında olan dəyər və qiymətini göstəricisi olan bir xislətdir.

Y.Nuriyev.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930