Dinin və dindarlığın həyatımızda nə kimi rolu var?
Mьəllif: admin1
Tarix: 19-05-2022, 23:13
Dinin və dindarlığın həyatımızda nə kimi rolu var?
Hazırda yaşadığımız zaman kəsiyində o qədər irili xirdalı dinlər mövcuddur ki, insan lap heyrətə gəlir. Hər bir "dinin” özünə məxsus baxışı, özünə məxsus tanrısı vardır.

Əslində bunlara din yox əqli və ya irfani məktəblər desək daha doğru olar. Çünki bunların çoxu insan təfəkkürünün nəticəsində yaranıb. Bunlara bir növ bəşər din deyənlər də vardır.

Din yalnız Vahid Allah-Təala tərəfindən, peyğəmbərlər vasitəsi ilə bəşəriyyətə göndərilmiş ilahi qanunlar toplusuna deyilir. İlahi dinlər arasında da zaman-zaman aradan gedəni, yaxud mətinləri insanlar tərəfindən məqsədyönlü şəkildə dəyişdirilənləri də olub.

Hazırda mövcud olan üç ilahi din Yəhudilik, Xristianlıq və İslam dinləri mövcuddur.

Qurani-Kərimə görə İslam dini dinlərin ən sonuncusu və ən kamilidir:

Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir! Əhzab-33

Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Maidə-3

Hər bir ilahi din iki hissədən, nəzəri və əməli hissədən ibarətdir.

Nəzəri hissəsi - insanın əqidə və düşüncəsini düzgün formalaşdırır. Əqidəsiz demək olar ki, heç bir insan yoxdur. Dini gərəksiz lazımsız hesab etməyin özüdə bir əqidə, bir nəzəriyyədir. Məhz buna görə din, əqidəni düzgün formalaşdırır deyirik.

Din insana Rəbbini tanıdır. Aləmin yaradılışındakı hədəf və məqsədi öyrədir. İlahi peyğəmbərlər bəşəriyyətə ən üstün əxlaqı və insanı yaşam tərzini öyrədir.

Peyğəmbərlər insana məadı (ölümdən sonrakı həyatı) öyrədir, insanın etdiyi pis və yaxşı işlərin qarşılığını alacağını öyrədir. Peyğəmbərlər insanlara bir biri ilə insan kimi rəftar eləməyi öyrədir. Peyğəmbərlər insana insan olmağı öyrədir.

Əməli hissə də nəzəri hissə kimi önəmlidir. Dinin əməli hissəsi həm xüsusi əməllərdən ibarətdir ki, insanlar təyin olunmuş vaxtlarda bu işləri icra edərlər.

Həm də ümumi işlərdən ibarətdir ki, insanları haramdan, yalandan, müxtəlif cinayətlərdən, rüşvətxorluqdan, zülümdən və sair... çəkindirir.

Bu əməli hissə insanın üzərinə öhtəlik qoyur. Bu öhdəliklərlə insan həyatı nizamlanır. Fərdlərin, şəxslərin həyatının nizamlanması cəmiyyətin nizamlanması deməkdir.

Cəmiyyətlərin nizamlı olması dünyamızın əmin əmanlığı və asayişi deməkdir.

İlahi din insanların düşüncəsini, dünya görüsünü, əqidəsini düzgün istiqamətləndirir. İnsanda əxlaqı, mənəviyyatı, tərbiyyəni, səliqəli yaşamağı aşılayir.

Təbii ki hər kəsin öz düzü, öz doğrusu vardır. Amma həqiqi düzlüyün meyarı Allah qanunlarıdır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930