Xəstənin görüşünə getməyin fəziləti
Mьəllif: admin1
Tarix: 26-01-2022, 10:39
Xəstənin görüşünə getməyin fəziləti
Mühəddislər və tarixçilər müxtəlif mötəbər kitablarda qeyd edirlər:

Həzrət Rəsuli-əkrəmin (s) vəfatından sonra Əmir əl-möminin Əlinin (ə) dostları Peyğəmbərin (s) səhabələrindən biri olan və Qədir-Xum hadisəsində iştirak etmiş Zeyd ibn Ərqəmin yanına gedib Qədir-Xum hadisəsində Peyğəmbərin (s) həzrət Əli (ə) haqqında buyurduqlarına şəhadət verməsini istədilər.

Ancaq o, hökumət tərəfindən özü üçün təhlükə hiss etdiyindən Qədir-Xum həqiqətlərini açıqlamaqdan boyun qaçırdı.

Bu hadisədən bir müddət keçdikdən sonra Zeyd xəstələndi və yatağa düşdü. Həzrət Əmir əl-möminin Əli (ə) onun xəstələnməsini eşitdikdə, görüşünə getdi.

Zeyd ibn Ərqəm həzrətin nurani camalını görən kimi dedi: - Alqışlar olsun, Əmir əl-mömininə! Mən onun haqqında həqiqəti deməkdən boyun qaçırdım, amma o, məndən narahat olmasına baxmayaraq görüşümə gəlmişdir.

İmam Əli (ə) buyurdu: - Ey Zeyd! Mənin üçün yaratdığın o narahatlıq insanlıq və yoldaşlıq haqqını yerinə yetirməyimə, səni xəstə olduğun bir halda ziyarət etməyimə heç vaxt mane ola bilməz.

Həzrət sonra buyurdu: - Hər kəs Allahın razılığı xatirinə xəstənin görüşünə getsə, xəstənin yanında oturduğu vaxt Allahın rəhmət və lütf sayəsi onun üzərində olur.

Xəstənin yanından durub getmək istədikdə Allah yetmiş min mələkə əmr edir ki, onun üçün salam və rəhmət göndərsinlər. Allahın rəhməti belə şəxsə şamil olur.

İmam daha sonra buyurdu: - Ey Zeyd! Mən istəyirdim ki, belə bir fəzilət mənə şamil olsun, ona görə də sənin görüşünə gəldim.

Qaynaq: “Müstədrəkül-vəsail”, c. 2, səh. 3. “Dəaimul-islam”, c. 1, səh. 218. “Biharul-ənvar”, c. 81, səh. 288.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930