Ruh da cisimtək xəstələnib çirklənə bilir
Mьəllif: admin1
Tarix: 4-01-2022, 19:43
Ruh da cisimtək xəstələnib çirklənə bilir

İmam Əli (ə) buyurub: “Sağlamlıqları üçün zərərli qidanı yeməkdən çəkinən, arxasınca gətirəcəyi böyük əzabdan qorxub günahdan çəkinməyənlərə təəccüb edrəm”. “Qürər əl-hikəm”, c. 4, səh. 337.

Ruh da cisimtək xəstələnib çirklənə bilir.

Bədən zərərli yeməklərdən əziyyət çəkirsə, ruh da günahlardan əzab çəkir.

Əgər "qorunmaq" lazımdırsa, ən zərərli və ən təhlükəlisindən qorunmaq daha zəruridir.

Qısa müddətli, ötəri narahatçılıq, olduqca çətin və daimi əzab müqayisə oluna bilməz.

Günah qəlbi çirkləndirir, ruhu kədərə bürüyür, şeytanı insana hakim edir, Allahın və Rəsulunun (s) narazılığına səbəb olur, əməl dəftərini qaraldır və rüsvayçılığa şərait yaradır.

Günahın onlarla çirkin nəticələrini saymaq mümkündür.

İnsanın "yeməyin zərərli nəticəsinə" görə pəhriz etməsi, lakin "günahın aqibətindən" qorxmaması təəccüb doğurmurmu?

Günahın ziyanı yeməyin zərərindən dəfələrlə artıqdır. Elə isə niyə çəkinmirik?


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930