Günahın insana vurduğu 6 zərbə
Mьəllif: admin1
Tarix: 3-04-2020, 21:05
Günahın insana vurduğu 6 zərbə
“Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!.

Onlar (dünyada)etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. (“Kəhf” 49).

Günahları iki yerə bölmək olar: bədənlə yerinə yetirilən və bədənlə yerinə yetirilməyən. Bədənlə yerinə yetirilən günahlara: qeybəti, oğurluğu, zinanı, əxlaqsızlığı misal çəkmək olar. Bədənlə yerinə yetirilməyən günahlara: həsədi, kini, simicliyi, tamahı misal çəkmək olar. Din alimlərinin nəzərinə görə, kəbirə günahlarının sayı qırxdır.

Bəzi hallarda səğirə günahlar kəbirə günahlara çevrilə bilir: səğirə günahı kiçik hesab edən zaman, onu davamlı yerinə yetirən zaman, günahdan razı olan zaman, İlahi himayə ilə məğrur olan zaman.

Bəs günah bizimlə nə edir?

1. Mərifətə mane olar. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan günah edər, qəlbində qara nöqtə peyda olar. Əgər tövbə edərsə, məhv olar və əgər günahını artırarsa, daha da çoxalar – o yerə qədər ki, bütün qəlbini bürüyər”.

2. Duanın yerinə yetməsinə mane olar. Duanın yerinə yetməsinə şərait yaradan amillərdən biri də bəndənin Allahla rabitəsidir. Əgər günah edərsə, onların arasında maneə və pərdə yaranar. Duanın yerinə yetməsinə mane olar. “Kumeyl” duasında oxuyuruq: “Allahım, günahlarımı bağışla ki, duanın qarşısını alar”.

3. Hüzuru pozar. İnsan günah işlədən zaman vicdanı onu məzəmmət edər və rahat buraxmaz. İnsandan hüzuru aparar və yerini peşmançılıq alar.

4. Həyaya mane olar. Əxlaqın fəzilətli sifətləri insanı günahdan uzaqlaşdırar və onu kontrol edər. Günah insanın bu sifətlərini bir-bir əldən verməsinə səbəb olar. İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, günahlarımı bağışla ki, pərdələri cırar”.

5. Ömrün uzun olmasına mane olar. Günahın bizim ömrümüzün uzun və qısa olmasına təsiri vardır. İmam Əli (ə) buyurur: “Məhv etməkdə tələsən günahlardan Allaha pənah aparıram”.

6. Nemətin dəyişməsinə səbəb olar. İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, günahlarımı bağışla ki, nemətlərin dəyişməsinə səbəb olar”.

www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930