Üç məqamda dostunu himayə etməyən kəs dost deyil
Mьəllif: admin1
Tarix: 25-11-2016, 13:41
Üç məqamda dostunu himayə etməyən kəs dost deyil

«İnsan hər nəfəs çəkməklə ölümə doğru bir addım atır»
Əmirəlmöminin imam Əlinin (ə) buyuruqlarından...

«Çarəsizin dadına çatmaq, qəmginin qəmini aradan qaldırmaq böyük günahların kəffarələrindən sayılır».

«Ey Adəm övladı, Allah sənə ardbaard ne’mətlər verdiyi vaxt Ona qarşı itaətsizlik göstərirsənsə, onun əzabından qorx».

«Ən üstün zahidlik onu xalqdan gizləməkdir».

«Aqilin dili qəlbinin arxasında, axmağın qəlbi dilinin arxasındadır».

«Allah üçün səni pərişan edən günah səni lovğalandıran yaxşı işdən üstündür».

«Qələbəyə ehtiyat və uzaqgörənliklə çatmaq olar. Ehtiyat düşüncə qüvvəsini işə salmaqla, düşüncə möhkəm sirr saxlamaqla əldə olunur».

«Cəzalandırmağa gücü çatan kəsin bağışlaması daha yaxşıdır».

«Ağıl kimi var, cəhalət kimi yoxsulluq, ədəb kimi miras, məşvərət kimi arxa yoxdur».

«Dünya adamları, yatmış halda aparılan karvan əhlinə bənzəyirlər».

«Ağıl artarsa, danışıq qısalar».

«İnsan hər nəfəs çəkməklə ölümə doğru bir addım atır».

«İki iş arasında necə də böyük fərq var: biri ləzzəti gedib əziyyəti qalan əməl, o biri əziyyəti gedib mükafatı qalan əməl».

«Üç məqamda dostunu himayə etməyən kəs dost deyil: Dostu çətinliyə düşdüyü zaman, dostu yanında olmayan zaman, dostunun ölümündən sonra».

«Sədəqə verməklə ruzini (ərşdən) aşağı endirin. Verdiyinin əvəzini alacağına əmin olan kəs bağışlamaqda səxavət göstərir».
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031