Həm ləzzətlər tez keçəndir, həm də əziyyətlər. Qalıcı olan – əməllərin nəticələridir
Mьəllif: admin1
Tarix: 3-11-2021, 10:49
Həm ləzzətlər tez keçəndir, həm də əziyyətlər. Qalıcı olan – əməllərin nəticələridir

İmam Əli (ə) buyurur: “İnsanın iki cür əməl və rəftarı arasında necə də çox fərq vardır: O əməl ki, ləzzət və xoşluğu sürətlə keçər, ancaq ziyanlı nəticələri qalar və o əməl ki, zəhmət və əziyyəti tez bitər, ancaq savabı qalar”.

Hədisin şərhi.

Allah insanı azad xəlq etmişdir. Ona ağıl və şüur vermişdir. Öz azad iradəsi ilə əməl və rəftar etsin. Ancaq Qiyamət günü o kəs ki, yaxşı əməl edər - savab qazanar. O kəs ki, pis əmələ düçar olar - cəza görər.

İmam Əli (ə) bu nurani kəlamı ilə müsəlmanları xəbərdar edir ki, bu iki cür əməl bir-birindən çox fərqlənirlər. Ona görə də əməlin zahirinə aldanmasınlar.

İnsan bilməlidir ki, yaxşı və pis iş tez keçəndir və tez sona çatar. Ancaq nəticələri heç bir zaman aradan getməz. İnsanın əməl dəftərində qeyd olunar.

O şagird ki, dərs ilində oxumaq yerinə vaxtını əylənmək və gəzməklə keçirər, bütün bu ləzzətli anları tez sona çatar. Lakin bu ləzzətlərin bir nəticəsi vardır və o da budur ki, insan ömrünün bir ilini boş yerə hədər verər. Ömrünün sonuna qədər itirdiyi bu bir ili bərpa edə bilməyəcəkdir.

Lakin o şagird ki, dərs oxuyar, zəhmət çəkər – bu əziyyəti tez sona çatar. Bu zəhmətinin mükafatı isə elm öyrənmək olar.

Ona görə də deyə bilərik ki, günah hər nə qədər ləzzətli görünsə də, bu, keçicidir və insana cəzadan başqa bir şey gətirməz.

O kəs ki, Allaha itaətsizlik edib vacib orucunu tutmursa, yemək və içməkdən aldığı ləzzət tez keçəndir. Süfrəni toplayan zaman həmin ləzzət də aradan gedər. Lakin Qiyamət günü Allah onu bu əməlinə görə cəzalandırar.

O kəs ki, oruc tutar, bir neçə saat aclıq və susuzluq çəkər, ancaq həm dünyada ləzzət çəkər, həm də axirətdə mükafatını alar.

Əgər bir qədər düşünsək, görərik ki, bütün işlər belədir. Həm ləzzətlər tez keçəndir, həm də əziyyətlər. Qalıcı olan – əməllərin nəticələridir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930