MÖMİN FƏQİRLƏRİN 7 XÜSUSİYYƏTİ
Mьəllif: admin1
Tarix: 12-06-2022, 23:51
MÖMİN FƏQİRLƏRİN 7 XÜSUSİYYƏTİ
Merac hədisində mömin fəqirlərin yeddi xüsusiyyəti qeyd olunur:

1. Aza razı olurlar − bəzi yoxsullar daim sərvətli olmaq arzusu ilə yaşayırlar. Onlar imkan olan kimi dünya nemətlərinə əl atır və aza qane olmurlar.

Hədisdə bu sayaq fəqirlər nəzərdə tutulmamışdır. O fəqirlərə məhəbbət Allaha məhəbbət sayılır ki, aza qane olur və dünya nemətlərinə göz dikmirlər.

2. Yoxsulluğa və aclığa səbr − bəzi fəqirlər daim ah-nalə çəkir, Allahdan şikayətlənir, fəqir olduqları üçün Allaha etiraz edirlər. Amma elə fəqirlər də var ki, heç vaxt şikayətlənmir və öz fəqirliklərinə səbr edirlər.

Onlar hətta öz fəqirliklərini gizlətməyə çalışır, ehtiyaclı olduqlarını başqalarına bildirmirlər. Əlbəttə ki, bu insanlar tənbəllik səbəbindən yox, hansısa başqa bir səbəbdən yoxsulluğa düçar olanlardır.

Qurani-kərimdə oxuyuruq: “Onların halından xəbərsiz olanlar imkanlı olduqlarını güman edirlər.” (“Бәгәрә”, 273.)

Bu insanlar daim çalışırlar ki, başqalarına möhtac olmasınlar.

3. Nemətə şükr edərlər − Allah-təala bu insanlara bir nemət əta etdikdə Allahı yaddan çıxarmaz, daim ona şükr edərlər.

4. Aclıqdan və susuzluqdan gileylənməzlər − belə bir xüsusiyyət səbrin şərti və nəticəsidir. Səbirli insan heç vaxt ətrafındakılara öz aclıq və susuzluğundan şikayətlənmir.

5. Heç vaxt yalan danışmazlar − bəzən yoxsullar başqalarından kömək almaq üçün yalana əl atırlar. Öz kiçik ehtiyaclarını böyük göstərir, dözülməz çətinlikdə olduqlarını bildirirlər.

Onlar öz yalanları ilə başqalarında mərhəmət hissi oyatmağa çalışırlar. Fəqirlərin başqalarından yardım almaq məqsədi ilə yalan danışması təhlükəsi daha böyükdür. Amma Allahın məhbubu olan fəqirlər heç zaman yalan danışmırlar.

6. Allaha acıqları tutmur − fəqir səbirli və dözümlü olduğu vaxt vəziyyətindən şikayətlənmir, eləcə də Allahına acığı tutmur. Bəli, elə yoxsullar var ki, nəinki xalqın yanında özünü sındırmır, hətta qəlbində də Allahdan narazı qalmır. Onlar anlayırlar ki, Allahdan şikayət möminə yaraşmayan bir işdir.

7. Əllərinə bir şey gəldikdə sevinmirlər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930