Ən üstün 2 ali sifət və ən pis 2 xüsusiyyət
Mьəllif: admin1
Tarix: 12-06-2022, 09:19
Ən üstün 2 ali sifət və ən pis 2 xüsusiyyət
Nəbəvi hədisə görə, iman və insanlara xeyir vermək – ən ali dəyərlərdən hesab olunur. Şirk və Allah bəndələrinə ziyan vurmaq isə bu dəyərlərə ziddir.

Həzrət Peyğəmbərdən (s) gələn nurani hədisdə oxuyuruq: “İki sifət vardır ki, ondan üstünü yoxumuzdur və iki bədbəxtlik vardır ki, ondan pisi yoxumuzdur.

O iki yaxşı sifətin biri – Allaha imandır və o birisi – insanlara fayda verməkdir. İki pislik ki, ondan da pisi yoxumuzdur – biri şirkdir və o birisi isə şirkin kənarında qərar tutub, Allah bəndələrinə ziyan vurmaqdır”.

Həzrət Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq ki, 8 sifət vardır ki, əgər kimdə olarsa peyğəmbərlər (ə), siddiqlər, şəhidlər və salehlərlə məhşur olar.

1. O kəs ki, Allahın evinin zəvvarını və hacını təchiz edər.

2. O kəs ki, başqasının qəmini aradan aparar.

3. Yetimə başçılıq etmək.

4. Əmr-be-məruf və nəhy-əz-münkər.

5. Yemək vermək.

6. Sirab etmək.

7. Paltar infaq etmək, paltarsızı geyindirmək.

8. İsti havada oruc tutmaq.

Maraqlıdır ki, bu iki hədisin hər birində də insanların çiynində olan ağır yükün götürülməsindən bəhs edilmişdir.

Hədis yazan nəql edir: “Kufənin isti zöhründə Əmirəl-möminini (ə) gördüm ki, addım atan haldadır. Dedim: “Ağa, bu isti havada nəyin ardıncasınız?”.

Buyurdu: “Ola bilsin ki, bir dərdi olanın və çətinliyi olanın mənimlə işi olsun. Axtarıram ki, bu cür insanın cavabını verim”.

Bir qadın əri ilə dava etmişdi və İmamın (ə) xidmətinə gəlir. Həzrət (ə) onun ardınca gedir və evinə çatır. Ərinə nəsihət verir və bu qadınla ərinin davasını həll edir”.

Həzrət Musa (ə) deyir: “Miqat gecəsində Allah mənə buyurdu: “Ey Musa! Bilirsənmi ki, behiştin rəhbərləri kimlərdirlər?”.

Dedim ki, bilmirəm. Xitab gəldi: “Musa! Behiştin rəhbərləri o kəslərdir ki, mömini şad ediblər””.

Beləliklə deyə bilərik ki, bütün fəzilətli sifətlər arasında ən üstün dəyərə malik olan iki sifət vardır. Bu da iman və insanlara yaxşılıq etmək, xidmət etmək və onları şad etməkdir. Şirk və insanlara əziyyət vermək isə ən pis iki sifət kimi tanıdılır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930