Məhəbbəti cəlb etməyin 3 amili
Mьəllif: admin1
Tarix: 1-02-2021, 20:58
Məhəbbəti cəlb etməyin 3 amili

İmam Cavad (ə) məhəbbəti cəlb etməklə bağlı buyurur: “Üç sifət məhəbbəti cəlb edər: insanlarla rəftarda insaflı olmaq, çətinliyə düşən zaman həmdərd olmaq, mənəviyyatla birlikdə olmaq”.

Bu üç sifət hər kimdə olarsa, başqa insanların sevgisini özünə tərəf cəlb edər. Çox az insan tapılar ki, çətinlikdə onunla həmdərd olmasını istəməsin və insanların onunla insafla rəftar etməsini istəməsin. Bu iki sifət isə əsil səbəb olan üçüncü sifətdən asılıdır. Əgər üçüncü sifət olarsa, bu iki sifət də özünü göstərər.

Cəmiyyətdə çox müşahidə etmək olur ki, üçüncü sifətin olmaması insan rabitələrində böyük çətinliklərə gətirib çıxardır.

Bəzən elə insanları görmək olur ki, bir-birinə bəslədikləri sevgiyə qibtə etmək olur. Ancaq bu sevgi az müddətlidir, çünki mənfəətə görədir.

O kəs ki, dünya sevgisini öz tərəfinə cəlb edər, insanlarla rəftarının əsil meyarı mənfəət üzərindən olar. O yerdə ki, mənfəəti təhlükəyə düşər, bu sevgi aradan gedər.

İmam Səccad (ə) buyurur: “Bütün xataların kökü – dünyaya bağlanmaqdır”.

İmam Əli (ə) Kumeylə buyurur: “Ey Kumeyl! Sənin dinin – qardaşındır. Ona görə də bacardığın qədər dininə görə ehtiyat et!”.

Hər kim bu qardaşın sevgisini cəlb edə bilər, gərək istəklərinə qarşı da sevgili olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Canım əlində olan Allaha and olsun ki, mömin olmasanız, behiştə daxil olmayacaqsınız. Mömin olmazsınız, məgər o halda ki, bir-birinizi sevəsiniz”.

İslam dini başqalarının həyatına həmişə əhəmiyyət verən bir dindir. Camaat namazına diqqət etməsi, əmr-be-məruf və nəhy-əz-munkər, xüms və zəkat, başqalarına ehsan etmək... Bütün bu əməllər insanların qəlbində sevgi toxumları əkər.

İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, məhəbbət gətirər: borc vermək, təvazökarlıq və bağışlama”.

Əmirəl-möminin (ə) buyurur: “Sileyi-rəhm məhəbbət gətirər və düşmənçiliyi aradan aparar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı möminlər o kəslərdir ki, möminlərə yaxın olar. Hər kim yaxın olmaz, yaxınlığı qəbul etməz – onda xeyir olmaz”.

Beləliklə, deyə bilərik ki, insanların işinə diqqət göstərmək, insafa riayət etmək və onlara qarşı səxavətli olmaq məhəbbətə səbəb olar.

Sileyi-rəhm – qəlbləri bir-birinə yaxınlaşdıran və sevgiyə səbəb olan gözəl əməllərdən biridir. Qəblərin bir-birinə tərəf cəzb olması ailədən başlayar və qohumlara qədər gedib çıxar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930