Haram tikə insanın mədəsində qərar tutanda, yerin və göyün bütün mələkləri onu lənətləyər
Mьəllif: admin1
Tarix: 28-12-2021, 21:44
Haram tikə insanın mədəsində qərar tutanda, yerin və göyün bütün mələkləri onu lənətləyər
Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Yoxsul və çarəsiz insan kimdir?”. Deyirlər ki, o kəsdir ki, dirhəm və dinarı olmasın.

Həzrət (s) buyurur: “Bu cür insan yoxsul deyildir. Yoxsul və çarəsiz o kəsdir ki, Qiyamət səhnəsinə daxil olar və boynunda insanların haqqı olar. Belə ki, kimisə vurmuş olsun, kiməsə pis söz demiş olsun, üçüncü şəxsin haqqını zay etmiş olsun və ya qəsb etmiş olsun.

Əgər həsənələri olarsa, insanların haqları qarşılığında alınar və haqq sahibinə verilər. Əgər həsənələri olmazsa, haqq sahibinin günahlarından götürülər və onun çiyninə qoyular. Bu nəzəri təsdiq edən bu ayədir.

“Əlbəttə, (onlar Qiyamət günü) həm öz (günahlarının) ağır yüklərini, həm də öz ağır yüklərindən əlavə, daha ağır yüklər (azdırdıqları kəslərin yüklərini) daşıyacaqlar”. (“Ənkəbut” 13)”.

Bəli, bu ayə həyatda haram yeməyə, insanların haqqını zay etməyə, onları təhqir etməyə, söyüş söyməyə, rüşvət almağa, oğurluq etməyə və başqa rəzil işlərə işarə edir və insanlara xəbərdarlıq edir ki, bütün bu əməllərin bir gün hesabını verəcəklər.

Həzrət Peyğəmbər (s) halal ruzi ilə bağlı buyurur: “O kəs ki, halalla qidalanar, mələklər başının üstündə onun üçün istiğfar edərlər, o zamana qədər ki, yeməkdən ayrılar. Haram tikə insanın mədəsində qərar tutanda, yerin və göyün bütün mələkləri onu lənətləyər.

O zamana qədər ki, həmin tikə onun mədəsindədir, Allah ona rəhmət nəzəri salmaz. O kəs ki, haram tikə yeyər, Allahın qəzəbinə səbəb olar. Əgər haramla əlaqəsini kəsərsə və həqiqətdə tövbə edərsə - Allah tövbəsini qəbul edər. Əgər tövbəsiz ölərsə, atəş ona layiqlidir”.

İmam Sadiq (ə) buyurur: “Hər kim başqasına mal və abır məsələlərində zülm edər və bu iki cəhətdən ona ziyan vurar – ondan halallıq istəməsi vacibdir.

O zaman ki, haqq sahibi dünyasını dəyişər, gərək varislərinə malı verərək, borcunu əda etsin. Düçar olduğu (bu günaha görə) peşmançılıq, həqiqi tövbə və hər cür zülmdən əl çəkərək, əməl dəftərini pak etsin. Özünü Allaha qəbul etdirsin”.

Nəxə qəbiləsindən olan bir qoca nəql edir: “İmam Baqirə (ə) dedim: “Mən Həccacın dövründən indiyə qədər hakim və əmir olmuşam. Tövbə üçün yolum vardırmı?”.

İmam (ə) susdu və bu sözlərimi ikinci dəfə söylədim. İmam (ə) buyurdu: “Əgər hər haqq sahibinin haqqını qaytarmasan, tövbən qəbul olmayacaqdır””.

Hədid Nami nəql edir: “İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: “Allahdan çəkinin, hər bir işlərinizdə İlahi təqvaya riayət edin. Dininizi təqva və iffətlə qoruyun.

Onu işlərinizi düşməndən gizli saxlayaraq, gücləndirin. Həqiqətən o kəs ki, sərvət əldə etmək üçün Əhli-Beyt (ə) müxalifələrinə təvazökarlıq göstərər və başını yanlarında aşağı salar – Allah onu böyüklük və abır sahibi olmaqdan kənarlaşdırar. Ona qəzəblənər və onu həmin zalıma tapşırar””.

Həzrət Peyğəmbər (s) haramxorlar haqqında İbn Məsuda belə buyurur: “Məsudun oğlu! Məni haqq olaraq məbus edən Allaha and olsun ki, insanlar üçün elə bir zaman gələcəkdir ki, məstedici maddələr içəcəklər və adını şərab qoyacaqlar. Allahın, mələklərin və bütün insanların lənəti onlara olsun. Mən onlardan bezaram və onlar da məndən bezardırlar.

Məsudun oğlu! Zina edənin günahı Allah yanında malına xardal qədər sələm daxil edənin günahından daha yüngüldür. O kəs ki, məstedici maye içər – istər az olsun, istərsə də çox –günahı Allah yanında sələm yeyəndən daha ağırdır. Çünki məstedici maye hər bir ziyan və zərərin açarıdır.

Məsudun oğlu! Onlar yaxşı insanlara zülmü rəva bilirlər və pis və fasiq insanları təsdiq edirlər. Haqq onların yanında batil, batil onların yanında haqdır. Bütün bu işləri dünyanı əldə etmək, pul və sərvət kəsb etmək üçün yerinə yetirərlər, halbuki bilirlər ki, işləri nahaqdır”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930