Duası heç vaxt qəbul olmayan insan
Mьəllif: admin1
Tarix: 13-06-2022, 09:40
Duası heç vaxt qəbul olmayan insan
Haqqun-nas Allah yanında ən böyük əhəmiyyətə malikdir. Allah onu öz haqqından da üstün tutur.

Əgər insan başqalarının haqqını əda etməzsə, tövbə etmədən bu dünyanı tərk edərsə, çox şiddətli əzaba düçar olar. Amma haqq sahiblərini özündən razı salsa Allahın mərhəmətinə şamil olması mümkün olacaqdır.

İnsanların bir-biri üzərində olan haqqına haqqun-nas deyilir. Haqqun-nası vermək - Allahın haqqını verməkdən daha çətindir. Allah öz haqqından keçər, ancaq bəndələrinin haqqından keçməz.

İnsanların haqqını tapdalayan, gərək ciddi şəkildə tövbə etsin. İnsanların haqqını əda etsin. Peşmançılığını Allahın hüzurunda bəyan etsin. Əgər hər kim insanların haqqını əda etməzsə, axirətdə əzaba düçar olar.

Allah Furqan surəsində buyurur: “Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik”

Quranın buyurduğu kimi bəzi insanlar qiyamət günü gördükləri xeyir işləri göyə sovrulmuş toz halında görəcəklər. Yəni yaxşı əməlləri batil olacaqdır. Onlar gördükləri bu yaxşı əməllərin səmərəsini görməyəcəklər.

İmam Səccaddan (ə) soruşurlar: “Əgər kimsə müsəlmanın haqqını tapdalasa, o müsəlman öz haqqını necə alacaqdır?”.

O Həzrət (ə) buyurur: “Qiyamət günü məzlumun haqqı qədər zalımın yaxşı əməllərindən götürülər və məzlumun əməlinə artırarlar”.

İmamdan (ə) soruşurlar: “Bəs zalımın yaxşi işləri olmasa necə?”

Buyurur: “Məzlumun günahlarını zalımın əməl dəftərinə keçirərlər”

Onu da qeyd etmək lazımdir ki, haqqun-nas dedikdə yalnız maddi məsələlər deyil, insanlara vurulan töhmət yalan şahidlik kimi insanın şəxsiyyətini terror edən əməllər də nəzərdə tutulur

İmam Əlidən nəql edilən bu hədisdə gəlibdir ki Allah bir adamın duasını nə qədər ahu-zar etsə belə bağışlamayacaq

“İzzət və Əzəmət sahibi olan Allah İsa ibni Məryəmə vəhy edib dedi: Ey İsa Bəni-İsrailin zadəganlarına de ki bəndələrimdən birinin haqqı sizlərin boynunuzda varsa dualarınızı heç vaxt qəbul etməyəcəyəm.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930