Minbərə dırmaşan meymunların məsəli Bəni-Üməyyəyə aiddir
Mьəllif: admin1
Tarix: 2-05-2021, 22:38
Minbərə dırmaşan meymunların məsəli Bəni-Üməyyəyə aiddir

Həzrət Peyğəmbər (s) nigaranedici yuxu görür ki, onun üçün ağır bir yuxu olur. Həzrət Rəsul (s) yuxuda görür ki, meymuna bənzər insanlar minbərindən yuxarı qalxırlar. İnsanları geri qaytarırlar. Peyğəmbər (s) bu məsələdən qəmgin olur, o yerə qədər ki, bu yuxudan sonra az gülərdi.

O qəribə yuxudan sonra ayə nazil olur və qəribə bir mövzunu bəyan edir: “Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik.

Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır”. (“İsra” 60).

Hədislərimizin nəql etdiyinə görə Həzrətin (s) yuxusunda gördüyü meymunlar Bəni-Üməyyə idi ki, bir-birinin ardınca Həzrətin (s) minbərində əyləşmişdilər. Bir-birini təqlid edir və insanları Peyğəmbərin (s) sünnətinin əksinə olaraq fəsada tərəf çəkirdilər.

Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Onlar mənim zamanımda vardırlar? (Yəni, belə edəcəklərmi?). Deyir: “Xeyr, ancaq İslamın dəyirmanı hicrətin əvvəlindən hərəkətə gələr, on il fırlanar.

Sonra sənin hicrətinin 35 ilində hərəkətə gələcəkdir. Beş il fırlanacaqdır. Bu zaman çarəsiz zəlalət dəyirmanı öz mehvərinə hakim olacaq. Ondan sonra fironların padşahlığıdır”.

İmam Sadiq (ə) buyurur: “Bu barədə Allah Təala vəhy göndərir. Biz onu Qədr gecəsində nazil etdik və nə bilirsən ki, Qədr gecəsi nədir? Qədir gecəsi Bəni Üməyyənin hökumət etdiyi min aydan daha yaxşıdır”.

İmam buyurur: “Allah Təala Peyğəmbərini (s) agah edir ki, Bəni-Üməyyə bu ümmətin qüdrət və hökumətini ələ alacaqdır. Hökumət müddəti bu zamana bərabərdir.

Ona görə də əgər dağlar ona itaətsiz etməyə qalxsa, o dağlardan daha yüksək olar, o zamana qədər ki, Allah hökumətlərinin məhv olmasına hökm verər.

Bəni-Üməyyə bu müddətdə biz Əhli-beytin (ə) kin və düşmənçiliyini şüarı qərar verər. Allah Bəni-Üməyyə ilə bağlı vəhy göndərir: “Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?! Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları cəhənnəmə! Ora pis bir məskəndir”. (“İbrahim” 28-29)”.

Şəcərə sözü dedikdə, geniş budaqları olan ağac nəzərdə tutulur. Elə bir ağac ki, budaqları yeni şaxələr cücərdir. Deyiləndə ki, filankəs şəcərədəndir, mənası budur ki, mübarək nəsildəndir.

Mübarək şəcərə ilə yanaşı, məlun şəcərə də vardır ki, həmin məlun qəbiləyə şamil edilir. Yəni, Bəni-Üməyyə elə bir məlun şəcərədir ki, İslam ümməti onun vasitəsilə imtahana çəkilmişdir.

Bəni-Üməyyə elə bir minbərdə əyləşdi ki, ora onların yeri deyildir. Bəni-Üməyyə İslam dininin ilk günlərindən Məkkənin fəthinə qədər Həzrət Rəsulla (s) düşmən və kin bəsləyən insanlar olmuşdular.

Məkkənin fəthindən sonra isə ancaq zahirdə müsəlman kimi görünmüşdülər. Həmin zahirləri avam insanları aldatdı, imkan vermədi ki, çirkin batinlərini görə bilsinlər.

İmam Əli (ə) ilə olan döyüşdə bu avam insanlar Quranı nizə başında görüb, İmamı (ə) tək qoymuşdular. Bəni-Üməyyə elə bir zamanda hökumət edirdi ki, həmin zamanda Allahın vəlisi mövcud idi. Lakin onlar haqq sahiblərini hökumətdən kənarlaşdırıb, onların həqiqi haqqını avam camaatdan gizlədirdilər.

Beləliklə Quran ayələrindən və İmam Sadiqin (ə) buyurduqlarından belə nəticə çıxrtmaq olar ki, Əhli-beyt (ə) kimi İlahi neməti görməməzliyə vurmaq və onların haqqını zəbt etmək – Bəni-Üməyyənin ən mühüm fitnəsi idi. Allah Bəni-Üməyyəyə lənət etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930