İmanlı bir insanın Allaha təvəkkülü barədə hekayə
Mьəllif: admin1
Tarix: 11-04-2016, 21:29
İmanlı bir insanın Allaha təvəkkülü barədə hekayə

Abdullah ibn Həbiri imanlı şəxsiyyətlərdən biri idi. Ömrünün çox hissəsini insanlara xidmətə sərf etmişdir. O, Bəni-Üməyyənin idarələrində işləmişdir. Bəni-Üməyyə süqut etdikdən sonra işsiz qalır. Ona görə də maddi imkanı zəifləyir. (Erfan)
Bir gün çarəsiz qalıb, Məmunun vəziri Əhməd ibni Xalidin yanına gəlir. O, da çox əxlaqsız və kobud insan idi. Əhməd onu tanıyırdı və onu gördüyü üçün çox narahat olur. Ona fikir vermir. Ancaq Abdullah dəfələrlə ona müraciət edir. Bir cavab eşitmir və məhəbbət görmür. Vəzir onun gəlişindən çox narahat olur və nökərinə deyir ki, onu evdən uzaqlaşdırsın. Nökər Abdullahı şəxsiyyətli və vüqarlı bir insan kimi görür və ona görə də vəzirin bu əmrini yerinə yetirə bilmir. Yanında olan 3 min qızıl dinarı ona uzadıb deyir ki, bunu vəzir göndərmişdir və bunu götürün və sonra yenə də bu haqda fikirləşəcəkdir. Abdullah deyir: Mən bu evə dilənçilik etmək üçün gəlməmişəm. Vəzirin puluna ehtiyacım yoxdur. Mənim təvəkkülüm Allahadır. Allah müşküllərin açarını mal və sərvət sahiblərinin ixtiyarına qoymuşdur. Bu gün Əhməd ibni Xalid vəzirdir, mənim çətinliklərimin açarı onun əlindədir. Pulu sahibinə qaytar və sabah mən yenə gələcəyəm.
Vəzirin gözü Abdullaha sataşanda çox narahat olur və nökərinə deyir: “Məgər mənim sözlərimi ona demədinmi?”. Nökəri əhvalatı danışır və vəzir əsəbləşib deyir: “İxtiyarımda olan qüdrətlə onunla hesablaşacağam”.
Vəzir Məmunun yanına gedir və Məmun ona deyir: “İki gündür ki, Misirə idarəçi göndərmək istəyirəm. Sənin nəzərincə bu vəzifəyə kim layiqlidir? Vəzir dostu Abdullah Zubeyri məsləhət görmək istəyir, ancaq dili çaşıb Abdullah Həbiri deyir. Məmun soruşur: “Məgər o, sağdır? O, aqil və işgüzar bir insandır. Bu vəzifə üçün münasibdir”.
Vəzir deyir: “O, Bəni-Abbasın düşmənidir”. Məmun deyir: “O qədər ona məhəbbət göstərəcəyəm ki, bizim dostumuz olsun”. Vəzir deyir: “O, qocalmışdır və bu işə yaramır”. Məmun deyir: “Onun ağlı fəal və dünyagörüşü genişdir. İndi 300 min dirhəm ona verin ki, səfərə hazırlaşsın və ora gedərək, rəhbərliyi boynuna götürsün”.
Beləliklə demək olar ki, o kəs ki, Allaha təvəkkül edər, səbir edər, həyat gəmisi təqva dənizində üzərsə nicat sahili İlahi behişt olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031