Beynəlxalq Peyğəmbər Nəvəsi İmam Həsən Muctaba (ə) Konqresi başa çatıb
Mьəllif: admin1
Tarix: 26-06-2014, 11:22
Bцlmə: Xəbərlər
Beynəlxalq Peyğəmbər Nəvəsi İmam Həsən Muctaba (ə) Konqresi başa çatıb
Beynəlxalq Peyğəmbər Nəvəsi İmam Həsən Muctaba (ə) Konqresi bəyanatla öz işinə yekun vurub. Beynəlxalq Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının sədri Ayətullah Müctəhid Şəbistəri bazar ertəsi günü Beynəlxalq İmam Həsən Muctaba (ə) Konqresinin bağlanış mərasimində terror qruplaşmalarının İraqdakı cinayətkar hərəkətlərinə toxunaraq bu ölkə xalqından böyük təqlid mərcələrinin bələdçiliklərinə söykənərək "İŞİD" qruplaşması ilə mübarizə aparmasını və stabilliyi İraqa qaytarmasını istəyib.

Beynəlxalq Əhli-Beyt (ə) Assambleyasının baş katibi Höccətülislam Məhəmməd Həsən Əxtəri də Quran ayələrini yalanla təfsir etmək və saxta hədislər yaratmaqda Bəni Üməyyənin azğın cərəyanına toxunaraq İmam Həsən Muctabanı (ə) Bəni Üməyyənin azğın cərəyanı ilə mübarizənin bayraqdarı adlandırıb və əlavə edib: Bu imam zəmanə tağutu və Bəni Üməyyə hökuməti ilə mübarizənin əsasını qoymuşdur.
Bu mərasimdə Beynəlxalq Peyğəmbər Nəvəsi Həzrət İmam Həsən Muctaba (ə) Konqresinin yekun bəyanatı oxunub.
Bu bəyanatda müsəlmanlar arasında vəhdətin gücləndirilməsinin vacibliyi vurğulanaraq təkfirçi cərəyanları dəstəkləyənlərdən fitnəkarlıq və müsəlmanların kütləvi qırğınından əl çəkmələri istənilib.
Bu konqresin yekun bəyanatında alimlər, siyasətçilər , ziyalılar və müsəlman xalqlardan qəsbkar sionist rejim və fitnəkarlarla mübarizə istənilərək İraqın sünni və şiə qardaşları vəhdət və birliklə "İŞİD" cinayətkar qruplaşması ilə mübarizəyə çağırılıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930