İmamcümə İslam dinində olan iki fəriqli cəhətdən danışdı
Mьəllif: admin1
Tarix: 30-06-2017, 22:46

İmamcümə İslam dinində olan iki fəriqli cəhətdən danışdı

 

Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.


Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-beytə (ə) salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi:

 İmamcümə birinci xütbəsində İslam dinində olan iki fəriqli cəhətdən danışdı. Əlavə edib buyurdu ki, Dinimizdə həm məhəbbət var – həm də nifrət. Həm dostuluq var – həmdə düşmənçilik var. Həm təsdiq var – həm də inkar. Bunlar bir-biri ilə əlaqəlidirlər.

Hacı Rasim qeyd etdi ki, Allaha görə sevmək və Allaha görə nifrət etməkdir. Yəni sevginin və nifrətin kökündə İlahi razılıq dayanmalıdır. Haqqa məhəbbət artdıqca, haqq əhlinə də məhəbbət artmalıdır.  Batilə nifrət artdıqca batil əhlinə nifrət də artmalıdır.

İmamcümə hacı Rasım Məmmədov xütbənin sonunda dedi ki, Bəzi insanların "ölçüsü və tərəzisi” özüdür. Kim buna yaxşılıq edibsə bəs həmin insan yaxşı insandır. Kim buna pislik edibsə bəs həmin adam pis adamdır. Hal bu ki, insanı ölçüsü daha əhatəli olmalıdır.

İmamcümə ikinci xütbəsində Ühud muharibəsindən və İmam Əliyə (ə) Züliqar qılıncının təqdim olunmasından danışdı.

O qeyd etdi ki, Ühud müharibəsinin qızğın çağında İmam Əlinin (ə) qılıncı qırılır. İmam Əli (ə) Peyğəmbərin (s) yanına gəlir və ərz edir ki, qılıncım sınıb, onda Peyğəmbər (ə) Zülfiqar qılıncını İmam Əliyə (ə) təqdim edir. 

 

 


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930