İmamcümə ramazan ayının fəzilətindən danışdı
Mьəllif: admin1
Tarix: 10-06-2017, 12:40

İmamcümə ramazan ayının fəzilətindən danışdı

 

Ahlibeyt.ge xəbər verir ki, ötən gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və
Onun Əhli-beytinə (ə) salam və salavatdan sonra özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl  xütbə söylədi.

 

Müqəddəs Ramazan ayına həsr olunmuş xütbəsində imamcümə ramazana Allah dərgahında xüsusi ehtiramın olduğundan danışdı.

İmam Əli (ə) buyurur: "Ramazan demyin çünki bilmirsiz ramazan nədir? Hər kəs ramazan desə gərək sədəqə versin. Mütəal Allah buyurduğu kimi deyin. "Ramazan ayi”” (Ayətullah Məliki Təbrizi, əl-Muraqibət səh-193)

İmamcümə əlavə etdi ki, deməyin "ramazan gəldi”, deyin "mübarək ramazan ayı gəldi.” Çünki bu mübarək ay o qədər ağır çəkili bir aydır ki, böyüklərimiz bu ayın fəzilət və dəyərini anlamaq üçün Allahdan yardım diləyiblər. Bu ay elə gözəl aydır ki, Allah dostları bu ayda dünyalarını dəyişmələrini Allahdan dua ediblər.

 

İmamcümə ikinci xütbəsində "İxlas” haqqında danışdı.

Hacı Rasim xütbəsində buyurdu ki, oruc tutmaqın hasillərindən biridə ixlasdır.

İmam Əli (ə) buyurur: "İxlaslı əməl etmək həmin işin özünü yerinə yetirməkdən daha çətindir.”

İxlasla yerinə yetirilmiş əməl az da olsa Allah ona çox böyük bərəkət verər.

"İxlas” "xülus” sözündəndir mənası isə; bir şeyin saflaşdırılması, paklaşdırılması və  həmin şeyin üzərindən çirkin təmizlənməsidir.

Əgər hər hansı əməli yerinə yetirməkdə məqsəd yalnız Allah razılığını qazanmaq olsa, buna niyyətin saflığı və ixlas deylir  – deyə imamcümə qeyd etdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930