Biz Əhli-beytin (ə) ardıcıllarını 3 qismdir – İmam Sadiq (ə)
Əhli-Beyt Quranda Allah tərəfindən tərif edilən, Allah tərəfindən paklanıldığı qeyd olunan şəxslərdir:
“Ey Əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (Əhzab-33) Allah Rəsulu (s) və onun Əhli Beyti (ə) Quranı və ilahi hökümləri ən yaxşı bilən, onların (ə) yolu isə Allahı istədiyi ən doğru yoldur. Onların (ə) sözləri və əməlləri insanlar üçün bir ülgü, bir yol, bir meyardır. Hətta Allah Rəsulu (s) Əhli-Beyt barədə mütəvatir (geniş) şəkildə yayılmış hədisdə buyurub: “Mən sizin aranızda iki ağır əmanət: Quran və Əhli-Beytimi qoyub gedirəm. Bu ikisi qiyamətə qədər bir-birindən ayrılmaz.” Həzrəti Peyğəmbər (s) və onun pak Əhli Beyti (ə) yer üzündə Quranı ən yaxşı bilən, Allah dininin dayağı, bəşəriyyətə doğru yol göstərəndir. Onlar (ə) dərin idoloji məktəb, mənəvi rəhbərdirlər. Həzrət peyğəmbər dünyasını dəyişdikdən sonra, o həzrətin (s) vəsiyyətinə əməl edənlərə, öz elmlərini və Quran təfsirini Əhli-Beytdən öyrənənlərə, öz dini etiqad və baxışını bu məktəb əsasında quranlara Əhli-Beyt ardıcılları dedilər. Həzrət İmam Sadiq (ə) eyni yolda olmasına baxmayaraq bu ardıcılları da əməl və düşüncə baxımından qismlərə ayırır və buyurur: İnsanlar bizim barəmizdə 3 növ düşüncəyə, əqidəyə məxsusdurlar: -Birincisi: Bizi dost tutarlar. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Lakin göstərişlərimizə uyğun əməl etməzlər. Onlar cəhənnəm əhlidir! -İkinci: Bizi dost tutarlar. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Göstərişlərimizə uyğun əməl edərlər. Lakin onların bu istəyi dünya əldə etmək, insanları istismar etmək üçündür. Onlar cəhənnəm əhlidir! -Üçüncüsü isə bizi sevərlər. Bizim sözlərimizi danışar, zühurumuzu gözləyər (İmamın ə.f. zühurun). Göstərişlərimizə uyğun əməl edərlər. Onların əməlləri Allah üçündür. Onlar bizdən, biz də onlardanıq. (Tuhəful-uqul. Səh-513) Oxşar xəbərlər
|