Sünnəyə əməl etmək – Əhli-beytlə (ə) dost olmaq deməkdir
Mьəllif: admin1
Tarix: 23-10-2022, 11:25
Sünnəyə əməl etmək – Əhli-beytlə (ə) dost olmaq deməkdir
İmam Zaman (ə.f) buyurur: “Biz Əhli-beytə (ə) sevgi və dostluğunun hədəf və qəsdini sünnəyə və İlahi əhkama əməl etməkdə qərar ver”.

Hədisin şərhi:

Əhli-beyt (ə) davamçılarından bir dəstə İmam Zamanın (ə.f) varlığına görə şübhə edir və mübahisə edirlər. Qərara alırlar ki, İmama (ə.f) məktub yazsınlar.

İmam (ə.f) da onların məktubunun cavabında onları İlahi təqvaya riayət etməyə dəvət edir və buyurur: “Bizə təslim olun və hər nəyi ki, bilmirsiniz – bizə qaytarın.

Bizim üzərimizdədir ki, həqiqəti bəyan edək. Sağa və sola azmayın. Bizə qarşı sevgi və dostluğunuzu əmrlərimizə itaət etməkdə əməli şəkildə sabit edin”.


Bu hədisdən göründüyü kimi sevgini bəyan etmək kifayət deyildir, həqiqi sevən və həqiqi dost o kəsdir ki, Allahın və Məsumların (ə) buyurduqlarına əməl edər.

İmam Baqir (ə) buyurur: “Məzhəblər sizi uzaqlaşdırmasın. Allaha and olsun ki, bizim Əhli-beyt (ə) davamçılarımız o kəslərdir ki, Allaha itaət edərlər”.

İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımız təqva və səy əhlidirlər. Vəfa əhli və əmanətdardırlar. Dindar və ibadət əhlidirlər. Gecə-gündüz ərzində 51 rükətin səhabələridirlər. Gecələri oyaqdırlar. Gündüzləri oruc tutarlar. Mallarının zəkatını verərlər. İlahi evin həccini yerinə yetirərlər. Hər bir haram işdən çəkinərlər”.

İmam Sadiq (ə) başqa yerdə buyurur: “O kəs ki, dildə deyər mən Əhli-Beyt (ə) davamçısıyam, ancaq əməldə bizimlə müxalifətlik edər – bizim davamçımız deyildir. Bizim davamçımız o kəsdir ki, dil və qəlbi ilə bizimlə müvafiqdir, əməllərimizə əməl edir”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031