Yoxsullarla rəftarı Əhli-Beytdən (ə) öyrənək – İmam Həsənin (ə) gözəl davranışı
Mьəllif: admin1
Tarix: 19-02-2018, 21:57
Yoxsullarla rəftarı Əhli-Beytdən (ə) öyrənək – İmam Həsənin (ə) gözəl davranışı
Əhli-Beyt (ə) və ya Əhli-Beyt imamları dedikdə Allahın Rəsulu (s), Hz.Əli (ə), Xanım Zəhra (s.ə) və digər 11 imam nəzərdə tutulur.

Bunlar Allahın peyğəmbərinin (s) ailəsi və övladlarıdır. Əhli-Beyt (ə) peyğəmbər (s) elminin və əxlaqının davamçılarıdır. Onlar (ə) hər bir sahədə öndər və yol göstərəndir. Bu istər etiqadi və əqli məsələlərdə olsun, istər Quran elmində olsun, istərsə də əxlaqi davranış məsələlərində olsun.

Onlar (ə) həyatın hər bir sahəsində öndər və nümunədirlər. Peyğəmbər (s) yolunu getmək hər bir kəsə vacib olduğu kimi Əhli-Beyt (ə) yolu da vacibdir. Çünki Allah Rəsulu belə buyurub:

“Mən sizin aranızda iki dəyərli əmanət: Quranı və itrətim olan Əhli-Beyti qoyub gedirəm. Onlar ikisi qiyamət günü, mənə qovuşana qədər bir-birindən ayrılmazlar. Onlara tutunan, sarılan heç vaxt doğru yoldan azmaz.”

Bu o deməkdir ki, Əhli-Beytin (ə) yolu və bütün rəftarı tam Qurana uyğundur. Bütün düşüncə və rəftarımızda Əhli-Beyti (ə) özümüzə örnək edək.

Hədisdə buyrulur ki, ehtiyaclı bir şəxs İmam Həsənin (ə) qapısına yaxınlaşır. İmam (ə) onun vəziyyətini anlayır. Sonra fəqirin bir şey istəməsini gözləmədən yaxınlarına göstəriş verir ki, şəxsi büdcəsində olan bütün sikkələri bu kişiyə versinlər. İmamın (ə) büdccəsində olan 20 min dirhəmi fəqirə verirlər.

Həmin şəxs deyir: Ey Mövla heç izin vermədiniz ki, dərdimi edyim, hacətimi dilə gətirim! Sizi mədh edim!

İmam (ə) buyurdu: “ Biz Əhli-Beyt (ə) bizə ümidi olan heç kəsi geri qaytarmarıq, onun abrı aradan getməmiş ona bəxş edərik”

(Mənaqibi ibn Aşub 2/18)

Əhli-Beyt İmamları (ə) bəşəriyyətə bir nümunədir. Onların (ə) hər bir əməl və rəftarı bizim ibrət almağımız və rəbbi dərk etməyimiz üçündür. Çünki onlar (ə) Allahdan bir an belə qəflətdə olmaz, heç bir zaman Qurandan ayrılmazlar. Nə özlərini, nə də digər insanları unutmazlar. Ehtiyaclı hər bir kəsin abrı və həyası aradan getmədən onun ehtiyacını qarşılayarlar.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930