“Biz Əhli-Beyt (ə) bizə ümid edəni boş qaytarmarıq”- İmam Həsən (ə)
Mьəllif: admin1
Tarix: 15-12-2017, 10:52
“Biz Əhli-Beyt (ə) bizə ümid edəni boş qaytarmarıq”- İmam Həsən (ə)
İnsan zatən möhtacdır. Yəni bunun mənası bu dur ki, insan yaradılış etibarı ilə yaşamaq, var olmaq üçün nələrəsə ehtiyaclıdır. İstər bu ehtiyac maddı olsun, istər mənəvi olsun. Yəni bütün insanlar möhtacdır.

Möhtaclığın özü də müxtəlif formalarda özünü büruzə verir. Bu insanların “əlində” olanların müxtəlifliyi ilədir. Bu səbəbdən gərək insanlar bir-birini anlasın, bir-birinin halından agah olsun. Lakin bununla belə çoxt vaxt bunun əksi müşahidə olunur. Bu da insanın unutqanlığından irəli gəlir.

Unutqanlıq özünü ya Allahı unutmaqla, yaxud da özünün də möhtaclığını unutmaqla biruzə verir. Bəli insanın ən böyük bəlası unutqan olmasıdır. Hətta Qurani Kərimdə Allah Təala Peyğəmbərə (s) ən çox xatırlatdığı məsələ onun (s) xatırladan olmasıdır:

Xatırlat! Sən yalnız xatırladansan. (Ğaşiyə-21)

Əhli-Beyt İmamlarımız da (ə) bəşəriyyətə bir nümunədir. Onların da (ə) əməl və rəftarı insana özünu və rəbbini xatırlatmaq üçündür. Çünki onlar da (ə) Allahdan bir an belə qəflətdə olmazlar. Nə özlərinin, nə də digər insanların möhtaclığını unutmazlar. Ehtiyaclı hər bir kəsi, onun abrı və həyası aradan getmədən onun ehtiyacını qarşılayarlar.

Hədisdə buyrulur ki, ehtiyaclı bir şəxs İmam Həsənin (ə) qapısına yaxınlaşır. İmam (ə) onun vəziyyətini anlayır və o bir şey istəmədən yaxınlarına göstəriş verir ki, şəxsi büdcəsində olan bütün sikkələri bu kişiyə versinlər. Həmin şəxs buyurur: Ey Mövla heç izin vermədiz ki, sizi mədh edim! Hacətimi dilə gətirim!

İmam (ə) buyurdu: “ Biz Əhli-Beyt (ə) bizə ümidi olan heç kəsi geri qaytarmarıq, onun abrı aradan getməmiş ona bəxş edərik”



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930