Ayətullah Vaez Təbəsi vəfat edib
Mьəllif: admin1
Tarix: 4-03-2016, 10:15
Bцlmə: Xəbərlər
Ayətullah Vaez Təbəsi vəfat edib
Ali rəhbər Ayətullah Xameneinin Xorasan əyaləti üzrə nümayəndəsi və Astane Qüdsi Rəzəvinin (İmam Rza (ə) hərəminin) vəqf ərazilərinin qəyyumu Ayətullah Abbas Vaez Təbəsi cümə günü səhər vəfat edib.

Maide.az xəbər verir ki, Ayətullah Vaez Təbəsi bir həftə öncə nəfəs almada əziyyət çəkdiyi üçün Məşhəddə İmam Rza (ə) adına xəstəxanaya yatırılmışdı.

O, 1935-ci ildə Məşhəd şəhərində ruhani ailəsində doğulmuşdu.

Ayətullah Təbəsi İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyni (r.ə) tərəfindən Xorasan əyalətində nümayəndə və Astane Qüdsi Rəzəvinin (İmam Rza (ə) hərəminin) vəqf ərazilərinin qəyyumu təyin edilib. İmam Xomeyni (r.ə) vəfatından sonra Ali rəhbər Ayətullah Xamenei onun həmin vəzifələrdə qalmasını təsdiqləyib. Ayətullah Təbəsi həmçinin İran Nəzarət Şurasının və Xobreqan Ekspertlər Şurası Məclisinin üzvi olub. O həmçinin Xorasan Dini Elmi Hövzəsinin rəhbəri olub.

Allah rəhmət elesin./


Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30