Tanınmış azərbaycanlı müctəhid Ayətullah Mələkuti vəfat edib
Mьəllif: admin1
Tarix: 24-04-2014, 14:51
Tanınmış azərbaycanlı müctəhid Ayətullah Mələkuti vəfat edib

Müsəlman dünyasının tanınmış müctəhidlərindən olan, Təbriz şəhərinin sabiq imam-cüməsi Ayətullah Müslim Mələkuti vəfat edib.
Nardaranpirri.com-un SalamNews-aistinadla verdiyi xəbərə görə, uzun zamandır, ağ ciyər xəstəliyindən əziyyət çəkən 91 yaşlı müctəhid bu gün Tehran xəstəxanalarından birində dünyasını dəyişib.
Ayətullah Mələkuti təhsilini İraqın müqəddəs Nəcəf şəhərində aldıqdan sonra müctəhidlik dərəcəsinə çatıb. 1969-cu ildə İranın Qum şəhərinə köçüb. Həmin vaxtdan etibarən şəhərin dini-elmi ocaqlarında tədris işinə başlayıb.

İranda İslam inqilabının ərsəyə gəlməsində əvəzsiz xidmətlər göstərən Ayətullah Mələkuti inqilabdan sonra Ayətullah Musəvi Xomeyni tərəfindən Təbrizin imam-cüməsi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azərbaycanda Ayətullah Mələkuti görüşlərinin çoxsaylı ardıcılları var.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930