Ayətullah Xamenei alim,mömin və məzlum Şeyx Nimrin Səudiyyə rejimi tərəfindən şəhid edilməsini sərt tənqid edib
Mьəllif: admin1
Tarix: 3-01-2016, 11:53
Ayətullah Xamenei alim,mömin və məzlum Şeyx Nimrin Səudiyyə rejimi tərəfindən şəhid edilməsini sərt tənqid edib
Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün səhər xaric-fiqh dərsi əsnasında Səudiyyə Ərəbistanın alim, mömin və məzlum Şeyx Nimr Baqir Nimrin şəhid etməsini sərt tənqid edib və dünya ictimaiyyətini bu cinayətin və eləcədə Səudiyyə rejiminin Yəməndə və Bəhreyndə törətdiyi oxşar cinayətlərin qarşısında məsuliyyətli olmağa çağırıb.
Miade.az xəbər verir ki, Ayətullah Xamenei bildirib ki, bu məzlum alim insanları silahlı qarşıdurmaya çağırmırdı, gizlincə fəaliyyət göstərmirdi, bəlkə o açıq şəkildə dinin tələbi olan “əmr be məruf və nəhy əz münkərə” əməl edirdi və açıq şəkildə tənqid edirdi. “Şeyx Nimrin şəhid edilməsi və onun qanının nahaq tökülməsi Səudiyyə dövlətinin siyasi səhvidir. Allah Mutaal günahsız qan tökənləri bağışlamır, nahaq tökülən qan çox tez bir zamanda bu rejimin siyasətçiləri və icraçılarının yaxasından yapışacaq.”
Ayətullah Xamenei bildirib ki, Səudiyyə hərbiçilərinin Bəhreyn xalqını işkəncə və əziyyət etməsi, onların evlərini və məscidlərini dağıtması, eləcədə Yəmən xalqını 10 aydan artıqdır ki, bombardıman etməsi Səudiyyə rejiminin digər cinayətlərindəndir. “Həqiqətən ədalət, insan haqları və bəşərin taleyi ilə maraqlananlar, bu duruma biganə qalmamalıdır. Əminəm ki, Allahın təfəzzülü şəhid Şeyx Nimrin üzərində olacaq və heç şübhəsiz ilahi intiqam əli Onun canına qəsd edən zalimlərin yaxasına yapışacaq və bu bizim üçün təsəllidir.”/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930