Gürcüstanın Patriarxı 2-ci İlia: Ata və anaya hörmət edin ki, ömrünüz uzun olsun
Mьəllif: admin1
Tarix: 1-01-2016, 15:34
Gürcüstanın Patriarxı 2-ci İlia: Ata və anaya hörmət edin ki, ömrünüz uzun olsun
Gürcüstanın Patriarxı 2-ci İlia Gürcüstan vətəndaşlarını Yeni 2016-cı ilin gəlişi münasibəti ilə təbrik edərək, İnsanpərvərlik və ehtiyacı olanlara kömək etməyi arzuladı.

"Mənim mənəvi balalarım, xanımlar və cənablar, sizləri yeni il münasibəti ilə təbrik edərək sizlərə xoşbəxtlik arzu edirəm.

Heç düşünmüşükmü ki, xoşbəxtlik nədir? Bu suala Tanrı özü cavab verir. Ata və anaya hörmət edin ki,bu geniş və ömrü qısa çətin dünyada ömrünüz uzun və rahat olsun.

Saleh işlər görək, ehtiyaclıları axtaraq və onlara yardım edək. Ariflərdən biri deyib: Kim nə edir özünə edir...Gəlin bizdə saleh işlər görək ki, beş qat artıqı özümüzə qayıdacaq. Tanrı Gürcüstanı qorusun. Tanrının rəhməti və bərəkəti Axirətə qədər üzərinizə olsun Amin"
-, deyə Gürcüstan patriarxı yeni il təbrikində qeyd edib.


Mənbəə: iPress.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031