Gürcüstanın Patriarxı İslam dinini müdafiə etdi
Mьəllif: admin1
Tarix: 16-11-2015, 13:07
Gürcüstanın Patriarxı İslam dinini müdafiə etdi
Gürcüstan Patriarxı hörmətli II-ci İlia Kiləsədə həftəlik çıxışında 13 Noyabır Fransada baş vermiş terror hadislərinə səslənib:
“Biz uca Allahdan diləyirik ki, Gürcüstanda və bütün dünyada sülh və əmin amanlıq qərar tutsun. Biz elə bir zamanda yaşayırıq ki, xeyirlə şər bir-biri ilə mübarizə edir. Bu hər zaman belə olub, ancaq son on illərdir ki, daha da güclənib. Bir həqiqət var xeyir sonda şərin üzərində qələbə çalacaq. Gərək buna əmin olaq və Allahdan diləyək ki, xeyir şərin üzərində qələbə çalsın. Şər insanın daxili nəfsinin pis niyyətindən əmələ gələn bir şeydir. Biz Fransada həlak olanlara baş sağlığı verib onlar üçün dualar edirik. İnsanlar var ki, bu hadisəni dinin adına yazırlar- İslam dininə. Əslində Müsəlmanların burada heç bir günahı yoxdur. Kimlərsə öz şər əməllərini yerinə yetiriblər, İslamın isə bununla heç bir əlaqəsi yoxdur. Ümid edirəm ki, vəziyyət sakitləşəcək və əmin amanlıq bərqərar olacaq insanlar isə firavan yaşayacaqlar. Necə ki Şota Rustaveli deyib: “ Xeyirin (haqqın) omru uzundur”. Biz Allahdan istəyirik ki, bu hadislərə bir daha heç bir yerdə təkrarlanmasın.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930