Xüsusi və adi insanlar
Mьəllif: admin1
Tarix: 16-11-2015, 10:03
Bцlmə: Xəbərlər
Xüsusi və adi insanlar
Ali Lider Ayətullah Xamenei: “Necə oldu ki, aliməqamlı Peyğəmbərin (s) hidayət etdiyi İslam ümməti , 50 ildən sonra bu yerə çatdılar ki, həmin Peyğəmbərin (s) övladını ən faciəli şəkildə öldürdülər? Xüsusi inanlar haqqında bir neçə misal çəkmək istəyirəm. Bu əlli ildə xüsusi insanlar necə oldu ki, bu vəziyyətə düşdülər?”

Süleyman ibn Surəd Xuzai

O, Siffeyn müharibəsində Həzrət Əlinin (ə) sərkərdələrindən və zamanın İslam alimlərindən idi. Kufə böyüklərindən və İmam Hüseyni (ə) bu şəhərə dəvət edən şəxslərdən və bu dəvətin təşəbbüskarlarından biri idi. Bununla belə Suleyman ibn Surəd Xuzai , İmam Həsənin (ə) dövründə İmamın (ə) Müaviyə ilə sülhünə etiraz və tənqid edənlərdən oldu. İmam Hüseynin (ə) imaməti dövründə isə Müslüm ibn Əqilin Kufəyə gəlişi zamanı onu dəstəkləmədi. Ondan sonra da Kərbəla hadisəsində İmam Hüseyni (ə) tənha qoydu və ona qoşulmadı.

Ayətullah Xamenei: Niyə görə, Müslüm ibn Əqilin ətrafına toplanan xüsusi möminlər onun ətrafından dağılışdılar? Adi insanlar dağılışdı, bəs onların arasında yaxşı və düzgün insanlar var idi onlar niyə? Onların bəziləri sonradan Kərbəlaya gedib şəhid oldular, amma burada səhv etmişdilər.Əlbətdə onlar ki, sonradan gedib Kərbəlada şəhid oldular,onlar öz səhvlərinin kəffarəsini verdilər. Onlar haqqında danışımırıq. Amma onlardan (Müslümin ətrafından dağılan xüsusi insanlardan) elələri oldu ki, Kərbəlaya gəlmədilər, gəlməyə müvəffəq ola bilmədilər, sonra məcbur oldular “tövbəkarlardan” olsunlar. Amma İmam Hüseyn (ə) öldürüləndən sonra, Peyğəmbər (s) övladı həlak olandan sonra, faciə baş verəndən sonra nə faydası var idi?

Süleyman Kərbəla hadisəsindən sonra çox tövbə etdi və peşmançılığını büruzə verdi. “Xoş Həbib ibn Məzahirin halına, Xoş Müslüm ibn Övsəcənin halına, xoş özlərini “Eşq karvanı”na çatdıranların halına və vay bizim halımıza ki, nəfsi-əmmarə zəlili olduq. Hər kəs mənimlə həmməslək və həmfikirdirsə ürəyini bu alçaq dünyadan ayırsın və Neynəva karvanına yaxınlaşsın. O Hicrətin 65-ci ilində Kufə şiələri və böyükləri olan “tövbəkarlar” dəstəsi ilə İmam Hüseyn (ə) intiqamını almaq üçün Şama tərəf hərəkət etdi və müharibədə Şamlılar tərəfindən öldürüldü.

Ayətullah xamenei: Tarixdə “Tövbəkarlar”ın sayı Kərbəla şəhidlərinin sayından bir neçə dəfə çox olduğu göstərilir. Kərbəla şəhidləri hamısı bir gündə öldürüldü, Tövbəkarlar da hamısı bir gündə öldürüldü. Amma siz baxın, “Tövbəkarlar” qiyamının tarixdə qalan izi , Kərbəla şəhidlərinin tarixdə buraxdığı izin mində biri belə deyil. Ona görə ki, onlar (tövbəkarlar) vaxtında meydana gəlmədilər, işi vaxtında yerinə yetirmədilər, gec qərar qəbul etdilər, gec müəyyən etdilər. Baxın, məsələyə necə baxsanız xüsusi olanlara (seçilmişlərə) çatacaqsınız. Xüsusi olan insanlar, öz vaxtında qərar qəbul etməli, öz vaxtında məyyən etməlidir. Xüsusi olan insanlar lazım olan anda dünya malından əl çəkməlidir, Xüsusi olan insanlar, lazım olan anda Allaha xatir addım atmalıdır. Bunlardır ki, tarix və dəyərləri nicat verir və dəyərləri qoruyur. Lazım olan anda lazimi hərəkəti etmək lazımdır. Əgər vaxtından keçsə , daha faydası yoxdur.



Ömər ibn Səd ibn Əbi Vəqqas

Ömərin atası Səd ibn Əbu Vəqqas İslamın öncül sərkərdələrindən idi. O, gənc yaşında İraqın fəthi zamanı (döyüşlərdə) atası ilə birgə olmuşdur. Yezidin Rey şəhərinin hakimiyyəti vədəsi, onu hicrətin 61-ci ilinin Məhərrəm ayının 10-da Kərbəla hadisəsini törədən ordunun komandirliyini qəbul etdi. Ömər Səd öz xəyalında Rey şəhərinin buğda tarlalarını xəyal edirdi.

İmam Hüseyn (ə) buyurdu: “Sədin oğlu, bu qətl xəyal olan Rey mülkünə görədir?”

Ömər Səd İmam Hüseynin (ə) bu sözündən sonra acıqlı halda oxu kamana qoyub qışqırdı: “Şahid ol ki, birinci oxu mən atdım”

İmam Hüseyn (ə) buyurduğu kimi də oldu. Ömər Səd Rey mülkü arzusuna çatmadı və axirətini heç vaxt əldə edə bilmədiyi dünyasına qurban verdi. Ömər ibn Səd Muxtar Səqəfinin əli ilə cəhənnəmə vasil oldu.



Ayətullah Xamenei: Dedilər ki, sənə Rey mülkinin hakimliyini vermək istəyirik. O vaxtlar Rey böyük və çox gəlirli bir mülk idi. O vaxt indiki kimi deyildi, yəni bir şəhərin bütün gəlir mənbələri hakimin ixtiyarında olurdu. Əldə olunan gəlirin bir miqdarını mərkəzə göndərməli idi. Qalan gəlir isə öz ixtiyarında olurdu, hər nə istəsəydi edə bilərdi. Ona görə, Rey şəhərinin hakimliyi Ömər Səd üçün əhəmiyyətli idi.

Sonra (Ömər Sədə) dedilər ki, əgər Hüseyn ibn Əliyə (ə)qarşı müharibəyə getməsən, Rey mülkünin hakimliyini unut. Burada layaqətli insan bir an belə düşünməz, deyər Rey mülkü nədir? Nə edirəm onu. Bütün dünyanı da versələr mən Hüseyn ibn Əliyə (ə) “eh” belə demərəm. Mən Həzrət Zəhranın (s) əzizinə qaş-qabaq belə etmərəm. Mən Hüseyn ibn Əlini (ə) və onın övladlarını öldürüm ki, siz mənə Rey şəhərini verəcəksiz? Ləyaqətli və qiymətini bilən insan belə davranmalıdır. Lakin daxildə boşluq olsa, cəmiyyət dəyərlərdən uzaq cəmiyyət olsa, cəmiyyətdə əsas prinsiplər zəifləsə o zamandır ki, ayaq büdrəyəcək.

(Ömər Səd) Bir gecə fikirləşmək üçün vaxt alır. Guya çox böyük iş görüb ki, düşünmək üçün bir gecəlik vaxt alıb. Əgər bil ildə fikirləşsəydi və yenədə bu qərarı qəbul etsəydi, bu düşünmənin dəyəri yoxdur. (Ömər Səd) Bir gecə düşündü və bu çirkin əməli etməyə qərar verdi, gəlib dedi mən Rey mülkini istəyirəm ki, əlbətdə Allah həmin mülki ona vermədi.

Sonra Kərbəla faciəsi baş verdi. Kərbəla Faciəsi.. /



http://maide.az/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031