Xristian yazar müsəlman qızını Quranı sevməyə səslədi
Mьəllif: admin1
Tarix: 19-08-2015, 16:00
Bцlmə: Xəbərlər
Xristian yazar müsəlman qızını Quranı sevməyə səslədi

Məşhur yazar Paulo Koelyo facebook sosial şəbəkəsində müqəddəs kitabımızın şəklini paylaşıb və haqqında xoş sözlər yazıb.


İslaminsesi.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, braziliyalı yazar facebook səhifəsində müqəddəs kitabımızın, Quranın fotosunu paylaşaraq şərh yerinə “Dünyanı dəyişdirən kitab” yazıb.

Hiba B.Dakkak adlı ərəb qızı statusun altında Quran haqqında “Düzdür, şiddət və qırğınların qaynağıdır” yazıb.

Xristian yazar müsəlman qızını Quranı sevməyə səslədi


Dünyaşöhrətli yazar P. Koelyo ona sərt cavab verib.


“Bu doğru deyil. Mən xristianam və biz əsrlər boyunca öz inancımızı qılınc ilə yaymağa çalışdıq. Xaçlılar (Xristianlar) sözünə lüğətdə baxın. Qadınları öldürürdük, onlara cadugər dedik və elmi qadağan etməyə çalışdıq. Qalileyi yandırdığımız kimi. Ancaq bütün bunlar dinlərin problem deyil, dinləri istismar edənlərin problemidir”.
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031