Corc Cordaq: "Ayətullah Xamanei böyük insan olmasaydı..."
Mьəllif: admin1
Tarix: 3-11-2017, 22:22
Corc Cordaq: "Ayətullah Xamanei böyük insan olmasaydı..."

Livanlı yazıçı Corc Cordaqın ölümündən öncəki müsahibəsində müsəlmanlarda maraq doğuracaq nüanslara toxunub.
Xristian yazıçı, şair, dramaturq və "Bəşəriyyətin Ədalət Səsi - İmam Əli" adlı əsərin müəllifi Corc Cordak ömrünü başa vurmadan öncəki müsahibəsində İmam Əlinin (ə) xüsusiyyətləri ilə yanaşı, İranın Ali dini lideri haqqında da diqqətəlayiq sözlər bildirmişdi.
İmam Əlinin (ə) aşiqlərindən olan Livanlı yazıçı, 6 Noyabr 2014-cü ildə 88 yaşında dünyasını dəyişdi. Otuzdan çox əsərin müəllifi olan Cordakın ən məşhur əsəri, "Bəşəriyyətin Ədalət Səsi - İmam Əli" adlı kitabıdır. Beş cildlik bir əsər olan bu kitab bu başlıqlar altında nəşr olunmuşdur:
"İmam Əli və İnsan Haqları",
"İmam Əli və Fransa İnqilabı",
"İmam Əli və Sokrat",
"İmam Əli və Yaşadığı Dövr",
"İmam Əli və Ərəb Milləti".
Məşhur Xristian yazar İmam Əlinin (ə) düşüncəsi və şəxsiyyətini vəsf edərkən belə deyib: "Bu ana qədər bu mövzuda altı cild kitab yazdım ancaq yenədə o Həzrətin həqiqətini dərk etmədiyimi və onun haqqında istədiyim hər şeyi toplamadığımı hiss edirəm. O üzdən onları burada bir-iki cümlə ilə açıqlamağım çətindir. Mənim bildiyim odur ki, İmam Əli (ə) varlıq və kainatın ədaləti anlayışı və fikrinin əsasını qoyan bəşər tarixinin böyük şəxsiyyətidir. Bu fikrə əsasən, varlığın təməli ədalətdir. İmam Əli (ə) bu məsələni dərindən dərk etmiş və cəmiyyəti bu fikir ilə əsaslandırmışdı. Mənə görə, İmam Əli (ə) Avropalılardan on dörd əsr əvvəl kainat sosiologiyasının əsasını qoyan şəxsiyyətdir."
Məşhur yazar İranın Ali Dini Lideri ilə görüşünü xatırladaraq bunları vurğuladı: "1997-ci ildə İrana etdiyim səfər zamanı Cənab Xamenei ilə görüşüb söhbət etdik. Həqiqətən böyük bir insanla qarşı-qarşıya olduğumu hiss etdim, çünki böyük insanların xüsusiyyətlərindən biri təvazökarlıqdır. O, böyük insan olduğu qədər də təvazökar idi. O görüşdə, İmam Əli (ə) haqqında və onunla bağlı yazdığım kitaba məni motivasiya edən səbəblər barədə danışdıq. Cənab Xamenei kitabımı oxuyub, çox bəyəndiklərini demişdi. Mən də təşəkkür edərək həqiqətən sizə İmam adı layiqdir və bizlər də sizdən öyrənirik, -deyə bildirmişdim."
Corc Cordak sözlərinin sonunda belə dedi: "Ayətullah Xameneinin şəxsiyyətini tanımaq istəyən hər kəsin, onu humanizmin zirvəsi, əxlaq və ədalətin zirvəsi kimi təsvir edəcəyini bilirəm. O, böyük bir insandır və İran belə bir şəxsiyyətin varlığı ilə qiymətlidir. O, bir liderə yaraşan xüsusiyyətlərə malikdir. Mütəfəkkir, təhsilli, müdrik, ləyaqətli, geniş ürəkli və təvazökar bir insandır. Mən burada, İranın bu zamanda belə bir insana layiq olduğu kimi ədalət, əxlaq və bütün yaxşılıqlarla bərabər olmasını arzulayıram. Ümumi olaraq deyə bilərəm ki, İmam Xomeyni və Cənab Xamanei, İmam Əlinin (ə) yolu və üsulu ilə hərəkət etmişlər. Özü, İmam Xomeyninin tavamçısı və İmam Xomeyni də İmam Əlinin (ə) yolunun davamçısıdır. Ayətullah Xamenei, böyük bir şəxsiyyətdir. Zatən belə olmasaydı, bu mərtəbəyə gəlməzdi..."


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930