Dünən,Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah (s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi
Mьəllif: admin1
Tarix: 19-07-2015, 16:02
Bцlmə: Xəbərlər
Dünən,Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah (s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi

Dünən, 18.07.2015 tarixində Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah
(s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi. Tədbirdə yerli və müxtəlif
məntəqələrdən dəvət olunmuş qonaqlar iştirak edirdi.
Tədbir məscidin nəzdində fəaliyyət göstərən “Vilayət Aşiqləri Fondu”-nun təşəbbüsü ilə keçirildi.
Bayram tədbiri Fuad İsayevin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlandı.
Quran tilavətindən sonra tədbirin aparıcısı Kamran Məmmədov bayram münasibəti ilə müsəlmanları
təbrik edərək sözü məscidin axundu Kərbəlayi Elçin Məmmədova verdi. Kərbəlayi Elçin qonaqlara xoş
gəldin deyərək bütün müsəlmanları bayram münasibəti ilə təbrik etdi.
Aparıcı Kamran Məmmədov ramazan və fitr bayramı ilə bağlı şeir oxumaq və bayrama şən əhval ruhiyyə
qatmaq üçün sözü Əhli-beyt şairi və məddahı kərbəlayi Rzaya verdi.
Daha sonra fitr bayramı və ramazan haqqında ətraflı məllumat vermək üçün söz Hacı Fariz Rəcəbova
verildi.
Hacı Fariz çıxışını həzrət Əlinin (ə) xütbəsi ilə başlayaraq qeyd etdi ki, fitr bayramı ramazanda edilən
ibadətlərin savab və qarşılığının verildiyi gündür və eyni zamanda bayram insanın günah etmədiyi hər
gündür.
Hacı Fariz çıxışının ikinci hissəsində bayram namazında oxunan dua (Allahummə əhləl kibriyai vəl əzəmə)
ilə bağlı bir neçə məqama toxunaraq qeyd etdi ki, duada Allahdan istəyirik ki, İlahi! Məhəmməd və Əhlibeytinə
verdiyin xeyirləri bizə də nəsib et və onlardan uzaqlaşdırdığın pisliklərdən bizləri də uzaqlaşdır.
Daha sonra hacı Fariz cəmiyyətdə imkansız və kasıb insanlara hər zaman diqqət göstərilməsini İslamın
önəm verdiyi məsələ olduğunu qeyd etdi.
Hacı Fariz çıxışının sonunda cəmiyyətin formalaşmasında mühüm rolu olan ailə məsələsinə də toxundu.
Və qeyd etdi ki, cəmiyyətin düzgün formalaşması üçün İslam dini ailə ilə bağlı üç əsas məqama diqqət
edilməsini göstəriş verir: 1. Ailənin bünövrəsinin möhkəmliyi. 2. Ailədə mənəviyyatın olması. 3. Halal
ruzi.
Bayrama şən əhval-ruhiyyə qatmaq üçün birdaha Əhli-beyt şairi və məddahı Kərbəlayi Rzaya söz verildi.
Və Əhli-beyt şəninə oxunan şeirlərlə tədbirə bayram əhval-ruhiyyəsi qatıldı.
Tədbirin sonunda fərəc duası oxunduqdan sonra qonaqlara ehsan süfrəsi açıldı.

Dünən,Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah (s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi

Dünən,Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah (s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi

Dünən,Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah (s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi

Dünən,Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah (s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi

Dünən,Marneuli rayonunun İmir kəndində yerləşən Həzrət Məhəmməd rəsulullah (s) məscidində Fitr bayramı ilə əlaqədar bayram tədbiri keçirildi


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930