Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi
Mьəllif: admin1
Tarix: 9-01-2015, 19:31
Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi


Bu gün Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumuyla "Zeynəb (s.ə) Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Əhli-Beyt (ə) Hüseyniyyəsində Böyük İslam Peyğəmbəri (s) və imamət səmasının altıncı ulduzu İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibəti ilə bayram tədbiri keçirildi.

Tədbir Fuad İsayevin oxuduğu Quran tilavəti ilə açıldı və tədbirin aparıcısı Elçin Daşdanzadə məclis iştirakçılarını təbrik edərək sözü İstanbuldan təşrif buyurmuş Türkiyə Əhli-Beyt (ə) Alimləri Birliyinin üzvü Abbas Akyüzə verdi.

Dəyərli alimimiz Abbas Akyüz Qurana istinad edərək Peyğəmbər (s) və Əhli-Beytinin (ə) bizim üçün nemət olduğu haqqında bəhs etdi.

Daha sonra söz Bakıdan dəvət olunmuş "İxlas" ilahi nəğmələr qurupuna verildi.

Tədbirdə həmçinin 5 gün öncə Əhli-Beyt(ə) Cəmiyyəti tərəfindən təşkil olunmuş şeir müsabiqəsinin qalibləri də mükafatlandırıldı.

Məclis "Fərəc" duasının oxunması ilə yekunlaşdı.

Nəzərinizə çatdırırıq ki, tədbirimiz yaxın günlərdə Kanal on4-də yayımlanacaq. Yayın tarixi əvvəlcədən saytımız tərəfindən bilindiriləcək.

Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi

Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi

Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi

Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi

Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi

Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi

Bu gün Marneuli Əhli-Beyt (ə) Cəmiyyətində Mövlud bayramı qeyd edildi



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930