Ayətullah Sistani: “Etirazlar şiddət və təxribat ehtiva etməyən dinc etirazlar olaraq qalmalıdır”
Mьəllif: admin1
Tarix: 24-11-2019, 20:57
Bцlmə: Xəbərlər
Ayətullah Sistani: “Etirazlar şiddət və təxribat ehtiva etməyən dinc etirazlar olaraq qalmalıdır”
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Şeyx Əbdülmehdi Əl-Kərbəlayi ölkədə islahat tələb edən etirazların dinc olması barədə Ayətullah Sistaninin bir daha xalqa müraciət etdiyini bildirib.

Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, Şeyx Əbdülmehdi Əl-Kərbəlayi noyabrın 22-si Kərbəladakı cümə namazının ikinci xütbəsinə belə başlayıb: “Qardaşlarım və bacılarım…. Sizə Seyyid Sistaninin Nəcəfül-Əşrəf ofisinin bəyanatını oxuyacağıq:

“Rəhman və rəhim olan Allahın adıyla.

Dini mərcəiyyət keçən cümə xütbəsində islahat tələb edən dinc etirazlar barədə mövqeyini bir neçə mətləbdə qeyd etmişdi. Bu mövqedə etirazların şiddət və təxribat ehtiva etməyən dinc etirazlar olaraq qalmasına vurğu edilmişdi.

İraqlının qanının tökülməsinin hörməti və etirazçıların haqlı tələbləri ilə siyasi qüvvələrin razılaşmaları məsələsinə israrla toxunulmuşdu.

Ali Dini Mərcəiyyət əvvəllər söylədiyi bu sözləri bir daha bəyan edir və keçmiş xütbədəki yeni seçki və Ali Seçki Şurası qanunlarının qəbul edilməsini ciddi şəkildə vurğulayır.

Çünki bunlar ölkədəki böhrandan çıxmaq üçün zəmin yaradacaq”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930