Ayətullah Sistaninin təmsilçisi: Mərcəiyyət dinc etirazçılara atəş açanların məsuliyyətə cəlb edilməsini tələb edir
Mьəllif: admin1
Tarix: 13-10-2019, 10:35
Bцlmə: Xəbərlər
Ayətullah Sistaninin təmsilçisi: Mərcəiyyət dinc etirazçılara atəş açanların məsuliyyətə cəlb edilməsini tələb edir
Ayətullah Sistaninin təmsilçisi, Kərbəlanın İmam Cüməsi ölkədəki etirazlarda baş verən olaylarla bağlı araşdırmalar aparılmasını tələb edib.

İslamazeri.com “Rasthaber”ə istinadən xəbər verir ki, İraqın Ali Dini Rəhbəri, böyük mərcəi təqlid Ayətullah Seyid Sistaninin təmsilçisi, Kərbəlanın İmam Cüməsi Şeyx Abdulmehdi Kərbəlai İmam Hüseyn türbəsindəki cümə xütbəsində ölkədəki etirazlarda baş verən olaylarla bağlı araşdırmalar aparılmasını tələb edib.

“Keçdiyimiz cümə günkü xütbədə mərcəiyyət keçən həftəki etirazlar sırasında dinc etiraçılara və çox sayda təhlükəsizlik qüvvələrinə qarşı hücumu pisləyərək rədd etdi. Mərcəiyyət ayrıca, etirazlarda rəsmi qurumların və özəl mülkiyyətin yandırılmasını və yox edilməsini qınadı.”, -deyə imam cümə bildirib.

İmam cümə sözlərinin davamında deyib: “Mərcəiyyət, hər kəsin ölkədəki mövcud etiraz hərəkətlərinə qarşı güc istifadə edilməsinin təhlükəli nəticələrini anlayacağını və hər durumda bundan uzaq duracağını ümid edir.”

“Ancaq son bir neçə gün içində güc istifadə edilməsi görünməmiş şəkildə artdı, daha çox etirazçı snayperlərin hədəfi oldu və olayların yayınlanmasının qarşısını almaq üçün bəzi media təsmilçilərinə açıq hücumlar həyata keçirildi.”, -deyə Şeyx Abdulmehdi Kərbəlai əlavə edib.

İmam cümə “Mərcəiyyət təhlükəsizlik qüvvələrinin etirazçılara həqiqi güllə istifadə etməsinin qadağan edilməsi istiqamətində təlimatlar verdi. Minlərlə şəxs Bağdad, Nasiriyə, Divaniyə və digər bölgələrdə şəhid edildi, yaralandı və həqiqi odlu silahla hədəfə alındı. Həqiqətən təsəvvür olunmayacaq güc, şiddət və vəhşilikdən qaynaqlanan qorxulu bir səhnələr idi.”, -deyə qeyd edib.

Ayətullah Sistaninin təmsilçisi xütbəsinin davamında bu olaylara görə, hökümət və güc strukturlarının məsuliyyət daşıdığını bildirib.

İmam Cümə çıxışının davamında sözlərinə belə davam edib: “Mərcəiyyət, məsumların qanlarının tökülməsini, müxtəlif hücumları qınayır və şəhidlərin, yaralların ailələrilə həmrəy olduğunu önə çəkmişdir. Mərcəiyyət həmçinin dinc etirazçıların qanuni tələblərini dəstəklədiyini da qeyd etmişdir.”

Ayətullah Sistaninin təmsilçisi mərcəiyyətin etirazlarda baş verən bu qanunsuzluqlara qarşı hökümət və ədliyyə orqanlarının həqiqi istintaq aparmağa çağırdığını da çıxışı zamanı xatırladıb.

“Etirazçıların və digərlərinə qarşı odlu silahdan atəş açma əmri vermiş və bunu həyata keçirənlərin mövqelərindən asılı olmayaraq barələrində həbs-qətimkan tədbirinin seçilməsi, məhkəməyə təslim edilməsini gecikdirməməyə, iki həftə içində məsələnin həll olunmasını və keçmiş işlərdəki kimi araşdırmanın nəticələrinin bu işi araşdıran komissiyaların açıqlamaları kimi gecikdirilməməsi mərcəiyyətin əsas tələbidir.”, -deyə Ayətullah Sistaninin təmsilçisi, Kərbəlanın İmam Cüməsi Şeyx Abdulmehdi Kərbəlai qeyd edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930