Ayətullah Nuri Həmədani: “ABŞ və sionist İsrail rejiminin İraq və Livandakı qarışıqlarda rolları var”
Mьəllif: admin1
Tarix: 11-11-2019, 22:00
Bцlmə: Xəbərlər
Ayətullah Nuri Həmədani: “ABŞ və sionist İsrail rejiminin İraq və Livandakı qarışıqlarda rolları var”
Qum İslami Elm hövzəsinin böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani ABŞ və sionist İsrail rejiminin İraq və Livandakı qarışıqlarda rollarının olduğunu bildirib.

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Ayətullah Həmədani düşmənlərin təkfirçi qruplar yaratmaq və çoxlu pul xərcləyərək, müsəlmanları bir-birinə qarşı qızışdırmağa çalışdıqlarını və bu yolla müsəlmanlar arasında ixtilaflar yaradıb, mənfur hədəflərinə nail olmaq istədiklərini söylədyib

Ayətullah Həmədani düşmənlərin hər zaman müqavimət cəbhəsi qarşısında dayandığını qeyd edərək, belə danışıb: “Düşmən İslamı və müqavimət cəbhəsini zəiflətmək istəyir, amma diqqətli və oyanıq davranılaraq, onların bu oyunları pozuldu”.

O, İslam alimlərinin xalqın düşmənlərin hiylələrinin və fitnələrinin işıqlandırılması ilə bağlı xalq qarşısında ciddi məsuliyyətlərinin olduğunu söyləyib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031