Ayətullah Nuri Həmədani: İslam ölkələrində haqq cəbhəsinin qələbələri görünməkdədir
Mьəllif: admin1
Tarix: 30-12-2018, 21:28
Bцlmə: Xəbərlər
Ayətullah Nuri Həmədani: İslam ölkələrində haqq cəbhəsinin qələbələri görünməkdədir
Bir qrup livanlı universitet tələbələri ilə görüşən Ayətullah əl-üzma Hüseyn Nuri Həmədani özünün Livan səfərinə işarə edərək deyib: “Sizin ölkənizdə mədəniyyət sahəsində və ön cəbhədə mübarizə aparan çoxlu insanlar vardır. Ona görə də sizinlə görüşmək mənə sevinc bəxş edir.”

Elm və təhqiq yolunda addım atan insanların məqamından söz açan böyük təqlid mərcəsi deyib: “Belə şəxslər fəzilət sahibləridir və eyni halda onların öhdəsinə ağır vəzifələr düşür. İnsanları düşmənlə cihada, yaxşı işlər görmək və pis işlərdən çəkinməyin əməli şəkildə həyata keçməsinə dəvət edənlərin xüsusi məqamları vardır.”

Ayətullah əl-üzma Nuri Həmədanı əlavə edib ki, İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, elm öyrənmək yolunda dünyadan gedən kəs şəhid məqamında dünyadan getmişdir.

Böyük təqlid mərcəsi Allahın elm ardınca olanları sevməsini də xatırladaraq deyib: “Şiə alimləri bu gün Amerika, sionistlər, Ali-Səud və digər İslam düşmənləri qarşısında dayanmışdır və dəyərli uğurlar əldə etmişdir. Suriya, İraq və digər İslam ölkələrində haqq hərəkatlarının tədrici qələbələri bunun nümunəsidir.”

İslam İnqilabının hər gün genişlənməkdə olmasını diqqətə çatdıran Ayətullah deyib: “Bu günləri müxtəlif ölkələrdə formalaşan hərəkatların çoxu İran İslam İnqilabı və İmam Xomeyninin (r) təfəkkürlərindən qaynaqlanmışdır.”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930