Pakistanda yanğında ölənlərin sayı 73-ə çatıb
Mьəllif: admin1
Tarix: 31-10-2019, 14:15
Bцlmə: Xəbərlər
Pakistanda yanğında ölənlərin sayı 73-ə çatıb
Pakistanda qatarda baş vermiş yanğında ölənlərin sayı artıb. APA-nın xəbərinə görə, Geo TV ölü sayının 73-ə çatdığı barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın baş verən üç vaqonda 209 sərnişin olub. Yanğın nəticəsində onlarla sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Qatarda yanğının qaz balonlarında partlayış nəticəsində baş verdiyi xəbər verilir.

"Artıq yanğın lokallaşdırılıb, soyutma işləri aparılır", - deyə Pakistanın Dəmiryolu naziri Şeyx Rəşid Əhməd bildirib.

Onun sözlərinə görə, yemək hazırlanan zaman iki qaz balonunda partlayış baş verib.

"Yemək hazırlanmasında istifadə olunan bitki yağı yanğının sürətlə yayılmasına səbəb olub. Ölüm halları daha çox yanğından xilas olmaq üçün özünü qatardan atanlar arasında qeydə alınıb", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031