Liberiyada Quran kursunda dəhşətli yanğın: 27 uşaq həlak oldu
Mьəllif: admin1
Tarix: 18-09-2019, 20:45
Bцlmə: Xəbərlər
Liberiyada Quran kursunda dəhşətli yanğın: 27 uşaq həlak oldu
Qərbi Afrika ölkəsi Liberiyanın paytaxtı Monroviada Quran təhsili verilən bir internat məktəbində baş verən yanğında ən azı 27 azyaşlı həyatını itirib.

Həmçinin yanğında iki müəllimin də həyatını itirdiyi bildirilib.

Polis mətbuat katibi Moses Karter şəhərin şəhərətrafı Paynesvilledə baş verən yanğın vaxtı uşaqların Quran təhsili aldığını söyləyib.

Karter ilk açıqlamasında, yanğında ölü sayının 30 olduğunu açıqlayıb.

Bəzi mənbələr tələfatın çox olmasının, yanğının baş verdiyi saatlarda uşaqlardan bir qisminin istirahətdə olmasından qaynaqlandığını bildirib.

Məscidə bitişik olan Quran kursunda səhər erkən saatlarında baş verən və bütün internat binansını bürüyən yanğınla bağlı istintaq davam edir.

Liberiya Prezidenti Corc Vea "Twitter" səhifəsindən verdiyi açıqlamada, "Paynesvilledə məktəb binasını bürüyən ölümcül yanğın nəticəsində həyatını itirən uşaqlar üçün dualar edirəm. Həlak olanların ailələri və Liberiyanın hamısı üçün çətin andır.

Tanrı ailələrə və müsəlman cəmiyyətinə səbr və mətanət versin. Ailələrə dua etməyə davam edək. Ən dərin başsağlığı arzularımla", - deyə bildirib.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930