Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
![]() Axar.az xəbər verir ki, bu dəqiqələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilir. Görüş zamanı müzakirələrin əsas gündəmini Suriya məsələsi təşkil edir. *** Bu görüşün “Sülh çeşməsi” əməliyyatına müsbət təsiri olacaq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib: "Tarixi razılaşmaya imza atdıq. 23 oktyabr tarixindən etibarən, 150 saat ərzində YPG təhlükəsizlik bölgəsindən çıxacaq. Buna "Sülh çeşməsi"nin sərhədləri xaricində, 10 kilometr dərinliyində Rusiya-Rusiya patrul fəaliyyəti nəzarət edəcək. Hərəkatımızın əsas məqsədi PKK/YPG-ni regiondan çıxarıb, suriyalı miqrantların qayıdışını təmin etməkdir. Heç bir zaman başqa ölkənin torpağında gözümüz olmayıb. 350 mini kürd olan 3 milyon 650 min suriyalıya 8 ildir ki, ev sahibliyi edən ölkəyik". Açıqlamaların ardından Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Ras əl-Eyn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək. Qeyd edək ki, liderlərin görüşü 6 saat davam edib. Oxşar xəbərlər
|
|