Ərdoğan: İrana qarşı təzyiq fayda verməyəcək
Mьəllif: admin1
Tarix: 7-08-2019, 13:41
Bцlmə: Xəbərlər
Ərdoğan: İrana qarşı təzyiq fayda verməyəcək
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, “hesab edirik ki, İrana qarşı sanksiyalar problemləri həll etməyəcək və biz problemi diplomatiya ilə həll etməliyik”.

İran və Türkiyənin Suriya üzrə əməkdaşlığına işarə edən Ərdoğan bildirib ki, “biz Astana və Soçidə İranla birlikdə müsbət danışıqlar prosesi aparmışıq. Həmin danışıqlar Suriyadakı, məxsusən də İdlibdəki sülh və sabitliyin möhkəmlədilməsinə vasitə olub”.

Türkiyə-İraq münasibətlərinə gəldikdə isə Ərdoğan qeyd edib ki, “səbirsizliklə Nəcəf və Kərkükdə konsulluqlarımızın açılmasını gözləyirik. Biz həmçinin Bəsrə və Mosulda da konsulluqlarımızın açılmasına nail olmağa çalışırıq. Biz terrorçuluqla mübarizədə İran və İraq hökümətləri ilə koordinasiya içərisindəyik”.

ABŞ-la münasibətlərdən danışan Türkiyə prezidenti deyib ki, “ABŞ-ın həqiqi müttəfiq kimi addımlar atacağına ümid edirik”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031