Seyid İbrahim Rəisi: “İraq xalqının ayıqlığı ABŞ-Səudiyyə fitnəsini boşa çıxardı”
Mьəllif: admin1
Tarix: 8-10-2019, 21:27
Bцlmə: Xəbərlər
Seyid İbrahim Rəisi: “İraq xalqının ayıqlığı ABŞ-Səudiyyə fitnəsini boşa çıxardı”
İranın Məhkəmə Hakimiyyətinin başçısı Ayətullah Seyid İbrahim Rəisi İraqda son günlərdə baş verən hadisələrə toxunaraq, İraq xalqı və hökumətinin ayıqlığı sayəsində ABŞ-Səudiyyə rejiminin fitnəsinin boşa çıxarıldığını qeyd edib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ayətullah Seyid İbrahim Rəisi oktyabrın 7-si məhkəmə iclasında çıxış edərək, amerikalılar və səudiyyəlilərin İraqda təxribat və fitnə çıxarmaqla İmam Hüseynin (ə) Ərbəin yürüşünə kölgə salmağa çalışdıqlarını, ancaq İraq xalqı və hökumətinin buna icazə etmədiyini vurğulayıb.

Rəisi, həmçinin İraq xalqı və hökumətinə Ərbəin mərasiminin daha görkəmli şəkildə təşkil edilməsi üçün verdiyi səylərdən ötrü təşəkkür edib.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031