İraq Baş naziri: Ayətullah Sistaninin mesajına sadiqik
![]() Əbdülmehdi verdiyi yazılı açıqlamada, "Ali dini mərcenin verdiyi mesajın hamısına sadiq olduğumuzu vəd edirəm. Mərcenin istədiyi komissiya üzvlərini də (bitərəf) təyin edəcəyik", - deyə qeyd edib. 2015-ci ildə hökumət əleyhinə nümayişlər zamanı Ayətullah Sistani, hökumətdən bu nümayişçilərin tələblərini yerinə yetirmək üçün bitərəf üzvlərdən ibarət komissiya qurulmasını istədiyini, lakin bu tələbin həmin vaxt yerinə yetirilmədiyini açıqlamışdı. Nəcəf mərkəzli mərce dünənki mesajında tələbini təkrarlayıb. 1 oktyabr tarixindən etibarən Bağdad və ölkənin cənubdakı şəhərlərində "korrupsiya, işsizlik və dövlət xidmətinin yoxluğu" səbəbilə nümayişlər keçirilir. (eastnews) Oxşar xəbərlər
|