Ayətullah Xamenei Ayətullah Sistanidən, Ayətullah Sistani Ayətullah Xameneidən danışdı
Mьəllif: admin1
Tarix: 15-12-2017, 20:00
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Ayətullah Sistanidən, Ayətullah Sistani Ayətullah Xameneidən danışdı
Ayətullah Xameneinin İraq üzrə nümayəndəsi Ayətullah Seyid Müctəba Hüseyni bu ilki Ərbəində İmam Hüseyn əleyhissalamın ziyarətçilərinə göstərdikləri böyük və misilsiz xidmətə görə özü və təşkilatının adından Ayətullah Sistaniyə təşəkkür etməyə getdiyi zaman belə bir hadisə ilə qarşılaşdığını deyib: "Ərbəin 2017 bitdikdən sonra gördüyümüz xidmətlər haqqında məlumat vermək üçün Ayətullah Sistaninin yanına getdim. Çox məmnun oldu. Ayrılarkən izn istəyib Ayətullah Sistaniyə "Allah ömrünüzü uzun etsin, başımızdan əskik etməsin, bəlalardan qorusun" -deyə dua etdikdə belə buyurdu: Mənə dua etməyin, Ayətullah Xameneiyə edin"

Eastnews.org-un verdiyi məlumata görə, İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei İraq İslam Ali məclisinin bir qrup üzvüylə görüşüb. Ayətullah Xamenei də onlara tövsiyə edərək, "Ali Şuranın əlində qiymətli bir cəvahirat var və ümid edirəm ki, onu qorumaq üçün əlinizdən gələni edəcəksiniz" , - deyə bildirib.

İraqda mərcəiyyətin mövqeyinin əhəmiyyətinə toxunan Ayətullah Xamenei, "Ayətullah Seyid Əli Sistaninin qədrini bilin və onun nəsihətlərinə qulaq asın" , - deyə sözlərinə əlavə edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930