Kərbəla təcavüzkarı ələ keçirildi
Mьəllif: admin1
Tarix: 22-09-2019, 10:09
Bцlmə: Xəbərlər
Kərbəla təcavüzkarı ələ keçirildi
İraqın baş naziri Adil Əbdülmehdi sentyabrın 20-si Kərbəla şəhərində bir sərnişin avtobusunda baş verən və 12 nəfərin ölümünə səbəb olan partlayışı törədənin ələ keçirildiyini bildirib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Adil Abdulmehdinin Mətbuat Ofisinin verdiyi məlumata görə, Babilistan-Kərbəla şəhərləri arasında səfər edən bir avtobusun hədəfə alındığı hücumun dərin bir kədərlə qarşılandığı qeyd olunub:

“Hadisə yerinə çatan tibbi briqadalar şəhidlərin cəsədlərini və yaralıları xəstəxanalara aparmaq üçün səfərbər olub. Eyni zamanda aktı törədəni tapmaq üçün böyük səy göstərən təhlükəsizlik qüvvələrimiz qısa bir müddətdən sonra hücumu törədəni tutmağı bacarmışdır”.

İraqın cənubundakı Kərbəla şəhərinin giriş nəzarət nöqtəsində dünən (20 sentyabr) bir sərnişin avtobusunda baş verən partlayışda 12 nəfər həyatını itirmiş, 5 nəfər də yaralanmışdı.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930