Bəsrə, Kərbəla və Nəcəf şəhərlərində küçəyə çıxmaq qadağan edildi
Mьəllif: admin1
Tarix: 16-07-2018, 21:51
Bцlmə: Xəbərlər
Bəsrə, Kərbəla və Nəcəf şəhərlərində küçəyə çıxmaq qadağan edildi
İraqın ucqar cənubundakı neftlə zəngin olan Bəsrə əyalətində xidmət problemləri, elektrik kəsintiləri və korrupsiyaya qarşı yenidən mitinqlər başlayıb.

Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, yerli mənbələrdən əldə olunan məlumata görə, şəhərdə yenidən başlayan aksiyalara təhlükəsizlik ilə yanaşı, digər bölgələrdə də mitinqlərin təşkil olunduğu qeyd olunub.

Bağdaddakı təhlükəsizlik mənbələrindən alınan məlumata görə də Bəsrəyə terrorla mübarizə və çevik polisdən xeyli sayda qüvvə göndərilib.

Bəsrə ilə yanaşı, Nəcəf, Kərbəla, Meysan və Zikarda da aksiyaların ara-sıra davam etdiyi qeyd olunub.

Kərbəla şəhərində yüzlərlə nümayişçinin hökumət əleyhinə şüarlar səsləndirərək, şəhər şurasının binasına zorla girdiyi bildirilib.

Bu arada, Bəsrə, Kərbəla və Nəcəf şəhərlərində keçirilən aksiyaları nəzarət altına almaq məqsədilə küçəyə çıxmaq qadağası qoyulduğu bildirilib.

Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanlığından adının açıqlanmasını istəməyən bir zabit açıqlama verərək, Bəsrə, Kərbəla və Nəcəfdə aksiyaları nəzarət altına almaq məqsədilə ikinci bir xəbərdarlığa qədər küçəyə çıxmaq qadağası qoyulduğunu bildirib.

Nümayişlərin dinc olmayan bir hala çevrildiyini və təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında potensial hadisələrin qarşısını almaq və təhlükəsizliyin və dövlət mallarının qorunması üçün belə bir addımın atıldığı qeyd olunur.

Bəsrədə başlayan və ölkənin cənubundakı digər şəhərlərə yayılan nümayişlərin davam etməsinə baxmayaraq, baş nazir Heydər Əl-Əbadinin dövlət xidmətlərinin yaxşılaşdırılması məqsədilə Bəsrəyə təxminən 3 milyard dollar pul ayrılmasına qərar verdiyi bildirilib.

Sumaria News-un xəbərinə görə, Heydər Əl-Əbadi vətəndaşlar və tayfalarla əməkdaşlıq istiqamətində onların tələblərini təmin etmək və təhlükəsizlik nazirləri iclasının qərarlarının icra olunması üçün göstəriş verib.

İraqın baş naziri nəşr etdiyi 7 maddəlik fərmanla bu şəhərlərdə xalqın problemləri və istəklərinə dərhal diqqət yetirilməsini istəyib.

Əl-Əbadinin 7 maddəlik fərmanı əsasında, Nəcəf hava limanının idarə heyətində dəyişiklik edilməlidir.

3.5 milyard dinar əlavə büdcənin də yer aldığı 7 maddəlik təlimatda, içməli suyun təmin edilməsi, elektrik problemlərinin həlli, səhiyyə sahəsində xidmətlərin təqdim edilməsi və digər xidmət sahələrinə vurğu edilib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930