"Ərbəin" yürüşünün şuarı və rəngi açıqlanıb
Mьəllif: admin1
Tarix: 29-08-2019, 22:00
Bцlmə: Xəbərlər
"Ərbəin" yürüşünün şuarı və rəngi açıqlanıb
2019-cu il "Ərbəin" yürüşünün şüarı və xüsusi rəngi açıqlanıb.

Maide.Az “İRNA”a istinadla xəbər verir ki, bunu İraqda “Ərbəin” Qərargahının mədəniyyət komitəsinin sədri Qulamrza Əbazəri açıqlayıb.

Onun sözlərinə görə, "Ərəbin-2019" üçün ötən ildə olduğu kimi qırmızı rəng və bu yürüşün şüarı isə "Huseynu Yəcməuna" (İmam Hüseyn bizi bir yerdə toplayır) şüarı seçilib.

Məlumata görə, İmam Hüseynin (ə) ziyarətgahında bayraq dəyişdirmə mərasimi isə avqustun 31-də olacaq.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031